11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İran zənginləşdirilmiş urandan imtina etmək niyyətində deyil - Şamxani

Şamxani nüvə danışıqları çərçivəsində Rusiyanın mümkün alternativ kimi təqdim olunmasına toxunaraq, “Zənginləşdirilmiş materialın İran ərazisindən çıxarılması üçün heç bir əsas yoxdur” deyib. Onun sözlərinə görə, İranın nüvə proqramı tamamilə dinc xarakter daşıyır və ölkənin daxili imkanları çərçivəsində həyata keçirilir.

3 Fevral 2026 11:52
İran zənginləşdirilmiş urandan imtina etmək niyyətində deyil - Şamxani
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice, Fərid Mikayılov

İran zənginləşdirilmiş uran ehtiyatlarını ölkə xaricinə çıxarmaq niyyətində deyil.

AzerVoice xəbər verir ki, bunu İranın Milli Müdafiə Şurasının yüksək vəzifəli üzvü və İslam İnqilabının Ali Rəhbərinin siyasi müşaviri Əli Şamxani deyib.

Şamxani nüvə danışıqları çərçivəsində Rusiyanın mümkün alternativ kimi təqdim olunmasına toxunaraq, “Zənginləşdirilmiş materialın İran ərazisindən çıxarılması üçün heç bir əsas yoxdur” deyib. Onun sözlərinə görə, İranın nüvə proqramı tamamilə dinc xarakter daşıyır və ölkənin daxili imkanları çərçivəsində həyata keçirilir.

Şamxani qeyd edib ki, 60 faizədək zənginləşdirilmiş uranın həcmi qarşı tərəfin narahatlığı yaranacağı təqdirdə 20 faizə endirilə bilər, lakin bunun üçün qarşılıqlı addımlar atılmalı və Tehrana real güzəştlər təqdim olunmalıdır. O, bu ehtiyatların əsasən mümkün təhlükələrə qarşı önləyici mexanizm və danışıqlar üçün alət rolunu oynadığını vurğulayıb.

Nüvə silahı məsələsinə toxunan Şamxani bildirib ki, İranın belə silahlar istehsal etməsi və ya saxlaması dini baxımdan qadağandır və bu mövqe dəyişməzdir. O, Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin fətvasına istinad edərək, İranın “üç qırmızı xəttini” bir daha xatırladıb: nüvə silahı axtarmır, axtarmayacaq və heç vaxt ehtiyat toplamayacaq.

Şamxani eyni zamanda qeyd edib ki, zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsi dağıntılar altında qaldığı üçün onların dəqiq həcmi hələlik məlum deyil. Bu səbəbdən Beynəlxalq Atom Enerjisi Agentliyi ilə təhlükəsizlik riskləri nəzərə alınmaqla texniki qiymətləndirmələr aparılır.

ABŞ-la danışıqlar mövzusunda Şamxani bildirib ki, İran yalnız Vaşinqtonla və yalnız nüvə dosyesi üzrə danışıqlara hazırdır. Onun sözlərinə görə, Avropa ölkələri əvvəlki proseslərdə real təsir imkanlarına malik olmadıqlarını sübut ediblər. Danışıqların təhdid və təzyiq mühitindən uzaq, bərabər şərtlər əsasında aparılmasının vacibliyi vurğulanıb.

Türkiyədə mümkün təmaslara da toxunan Şamxani qeyd edib ki, əvvəlcə dolayı danışıqlar aparıla bilər, razılaşma əldə olunacağı təqdirdə isə birbaşa görüşlərə keçid mümkündür. Bununla yanaşı, danışıqların mövzusu yalnız nüvə məsələsi ilə məhdud qalmalıdır.

Müsahibədə regional təhlükəsizlik və müharibə ehtimalı da diqqət mərkəzində olub. Şamxani bildirib ki, İran hərbi baxımdan istənilən ssenariyə hazırdır, lakin siyasi reallıqlar çərçivəsində hələ də diplomatik çıxış yolları mövcuddur. O, İrana qarşı təhdidlərin ölkəni zəiflətməyəcəyini və bu cür planların uğursuzluğa məhkum olduğunu vurğulayıb.

Məqalədə: #İran #ABŞ #uran #Uran zənginləşdirilməsi #İranın nüvə irəliləyişi #İranın nüvə danışıqları #İranın uran zənginləşdirməsi #ABŞ-İran arasında nüvə danışıqları #İranın uran zənginləşdirmə siyasəti #Uran zənginləşdirmə mübahisəsi #Nüvə danışıqlarında son vəziyyət #Avropa İran nüvə danışıqları #ABŞ İran toqquşması #ABŞ–İran gərginliyi #ABŞ-İran nüvə danışıqları #Əli Şamxani

Mövzu üzrə digər xəbərlər

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH

10 Sentyabr 21:28
Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
İran

Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib

10 Sentyabr 20:10
Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
Digər Xəbərlər

Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib

10 Sentyabr 19:41
Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir
Digər Dövlətlər

Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir

10 Sentyabr 19:35

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.