İyul ayında Türkiyənin xarici ticarət dövriyyəsi 58 milyard dolları keçib (ÖZƏL)
Bu ilin iyul ayında Türkiyənin xarici ticarət dövriyyəsi 58 milyard 6 milyon dollar olub. Bu barədə Türkiyənin Ticarət Nazirliyindən bildiriblər. Nazirlikdən qeyd olunub ki, 2026-cı ilin iyul ayında Türkiyənin ixracatı 2025-ci ilin eyni ayı ilə müqayisədə 2,9 faiz artaraq 25,6 milyard dollar, idxalı isə 5,1 faiz artaraq 32,9milyard dollar olub.
"FINCA Azerbaijan" MM QBKT-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir
21 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan" MM QBKT-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.