Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib
Türkiyə Hərbi Dəniz Qüvvələri Somali silahlı qüvvələri ilə birgə həyata keçirdiyi əməliyyat nəticəsində Somali sularında dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib. Moqadişu hökumətinin şənbə günü yaydığı bəyanata görə, bir neçə gün davam edən şiddətli toqquşmalarda 14 pirat məhv edilib.
KAAN layihəsində Səudiyyə Ərəbistanı ilə ortaq investisiya hər an reallaşa bilər - Ərdoğan
KAAN layihəsində Səudiyyə Ərəbistanı ilə ortaq investisiya hər an reallaşa bilər. Bu sözləri Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə səfərlərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən qeyd edib. Səudiyyə Ərəbistanı ilə müdafiə sənayesi sahəsində əlaqələrin müsbət trayektoriya ilə inkişaf etdiyini bildirən Ərdoğan, xüsusilə pilotsuz uçuş aparatları sahəsində artıq bir çox müqavilələrin imzalandığını xatırladıb. KAAN layihəsinin isə sadəcə bir təyyarə deyil, Türkiyənin mühəndislik qabiliyyətinin və müstəqil müdafiə iradəsinin rəmzi olduğunu vurğulayıb.
Ərdoğanın Səudiyyə Ərəbistanı və Misirə səfər tarixi məlum olub
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhaneddin Duran Prezident Rəcəb Tayyib Ərdoğanın 3 fevral 2026-cı ildə Səudiyyə Ərəbistanına, 4 fevral 2026-cı ildə isə Misirə rəsmi səfər edəcəyini açıqlayıb. Bildirilib ki, səfərlər müvafiq ölkə rəhbərlərinin dəvəti əsasında həyata keçiriləcək.