6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Ərdoğanın Səudiyyə Ərəbistanı və Misirə səfər tarixi məlum olub

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhaneddin Duran Prezident Rəcəb Tayyib Ərdoğanın 3 fevral 2026-cı ildə Səudiyyə Ərəbistanına, 4 fevral 2026-cı ildə isə Misirə rəsmi səfər edəcəyini açıqlayıb. Bildirilib ki, səfərlər müvafiq ölkə rəhbərlərinin dəvəti əsasında həyata keçiriləcək.

2 Fevral 2026 22:04
Ərdoğanın Səudiyyə Ərəbistanı və Misirə səfər tarixi məlum olub
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Orxan Qədirzadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Yaxın Şərqə rəsmi səfərlərinin tarixləri açıqlanıb.

AzerVoice xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhaneddin Duran Prezident Rəcəb Tayyib Ərdoğanın 3 fevral 2026-cı ildə Səudiyyə Ərəbistanına, 4 fevral 2026-cı ildə isə Misirə rəsmi səfər edəcəyini açıqlayıb. Bildirilib ki, səfərlər müvafiq ölkə rəhbərlərinin dəvəti əsasında həyata keçiriləcək.

Məlumata görə, Ərdoğanın ilk dayanacağı olan Səudiyyə Ərəbistanında görüşlər vəliəhd şahzadə Məhəmməd bin Salmanin dəvəti ilə Riyad şəhərində keçiriləcək. Danışıqlarda Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində atılacaq əlavə addımlar, eləcə də regional və qlobal proseslər müzakirə olunacaq.

Riyad səfərindən sonra Türkiyə Prezidenti Misir Ərəb Respublikasına yollanacaq. Burada Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüş planlaşdırılır. Görüş çərçivəsində Türkiyə–Misir Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclası keçiriləcək və iclasa iki ölkə liderləri birgə sədrlik edəcəklər.

Qeyd olunur ki, Qahirədə keçiriləcək danışıqlarda ikitərəfli münasibətlərlə yanaşı, regional böhranlar da gündəmdə olacaq. Xüsusilə Fələstin məsələsi, Yaxın Şərqdəki mövcud vəziyyət və beynəlxalq proseslər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Bundan əlavə, səfər proqramı çərçivəsində Türkiyə–Misir İş Forumunun təşkili planlaşdırılır. Prezident Ərdoğanın forumda iştirak edərək iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi ilə bağlı mesajlar verməsi gözlənilir.

Məqalədə: #Ərdoğan fevralda Səudiyyə Ərəbistanı və Misirə səfər edəcək #Türkiyə Prezidentinin Yaxın Şərq səfərlərinin tarixi açıqlanıb #Ərdoğan Riyad və Qahirədə yüksək səviyyəli görüşlər keçirəcək #Türkiyə–Səudiyyə və Türkiyə–Misir münasibətlərində yeni mərhələ #Fələstin və iqtisadiyyat Ərdoğanın səfər gündəmində #Türkiyə Prezidentindən regiona diplomatik çıxış #Erdoğan Suudi Arabistan ve Mısır’a resmi ziyaret yapacak #Türkiye Cumhurbaşkanı Şubat’ta Riyad ve Kahire’de #Türkiye–Suudi Arabistan ve Türkiye–Mısır temasları #Filistin ve ekonomi Erdoğan’ın gündeminde #Erdoğan’dan bölgesel diplomasi hamlesi

Mövzu üzrə digər xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04
Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.