Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
Liviyanın qərbindəki hakimiyyət Tripoli yaxınlığında iri enerji kompleksinə həyata keçirilən dron hücumları ilə əlaqədar beş nəfəri, o cümlədən xarici vətəndaşları saxlayıb.
Dibeybənin “əvvəl konstitusiya” tələbi Liviyada yeni siyasi gərginlik yaradıb
Liviyada keçid hökumətinin baş naziri Əbdülhəmid Dibeybənin ümumi seçkilərdən əvvəl konstitusiyanın qəbul edilməsinin vacibliyi ilə bağlı israrı ölkədə siyasi müzakirələri yenidən alovlandırıb.
Qəddafinin oğlu öldürüldü
Liviyanın devrilmiş lideri Muəmmər Qəddafinin oğlu Seyfülislam Qəddafi Qərbi Liviyada qətlə yetirilib. Yerli və beynəlxalq mənbələrin yaydığı məlumata görə, hadisə çərşənbə axşamı gecəsi Trablusdan təxminən 136 kilometr cənub-qərbdə yerləşən Zintan şəhərində baş verib. Seyfülislam Qəddafinin ölümünü onun vəkili Xalid əl-Zeydi sosial şəbəkədə paylaşım edərək təsdiqləyib. Lakin vəkil hadisənin detalları barədə açıqlama verməyib. Qəddafini BMT-nin vasitəçiliyi ilə aparılan Liviyadaxili siyasi dialoq prosesində təmsil etmiş Abdullah Osman Abdurrahim də ölüm faktını təsdiqləyərək, hadisənin sui-qəsd xarakteri daşıdığını bildirib.