Fransanın Kanaki və Mayot siyasəti: demoqrafik tənəzzül, məcburi miqrasiya və yerinə yetirilməyən vədlər
Fransa, süni intellekt və rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi, qlobal iqtisadiyyatın yeni texnoloji mərhələyə qədəm qoyduğu bir dövrdə, müstəmləkə ərazilərini istismar etmək və yerli əhalini hüquq və zor aparatı vasitəsilə nəzarətdə saxlamaq siyasətini davam etdirir, yerli əhalini doğma torpaqlarını tərk etməyə məcbur edir.