İranda PKK-nın İran qolu ilə əlaqəli 11 nəfər saxlanılıb
İran hakimiyyəti ölkənin qərbində qadağan edilmiş kürd partiyası ilə əlaqəli olduqları iddia edilən 11 nəfəri “təxribat xarakterli əməllər” şübhəsi ilə saxlayıb. Dövlət televiziyasının məlumatına əsasən, saxlanılan şəxslərin “Kürdüstan Azad Həyat Partiyası” kimi tanınan və İranda qadağan edilmiş PJAK-la əlaqədə olduqları bildirilib. Həbslər ötən ilin dekabr ayının sonlarından etibarən ölkədə genişmiqyaslı etiraz aksiyalarından sonra həyata keçirilib.