Ermənistan silahlı qüvvələrinin Ağdama, Laçına, Qubadlıya, Füzuliyə hücumları nəticəsində məcburi köçkün düşmüş, yaralanmış, girovluqda işgəncələrə məruz qalmış şəxslər məhkəmədə ifadə veriblər
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub. İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Ermənistan silahlı qüvvələrinin Xocalıya, Laçına, Kəlbəcərə, Qubadlıya hücumları nəticəsində məcburi köçkün düşmüş, yaralanmış, doğmaları öldürülmüş şəxslər məhkəmədə ifadə veriblər
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər. Hakim Zeynal Ağayev prosesə ilk dəfə qatılan zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və sair təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin daha dörd nümayəndəsinə qarşı sanksiyalar tətbiq edib. ABŞ dövlət katibi Marko Rubio bildirib ki, məhdudiyyətlər Kanada vətəndaşı hakim Kimberli Prost, Fransa vətəndaşı hakim Nikola Giyu, həmçinin Fici vətəndaşı prokuror müavini Şamim Xan və Seneqal vətəndaşı prokuror müavini Mame Mandiyaye Nianqa şamil olunub. Rubionun sözlərinə görə, bu addımın əsas səbəbi Məhkəmənin ABŞ və ya İsrail vətəndaşlarının fəaliyyətlərini araşdırmaq, onların həbs edilməsi və ya saxlanılmasına, məhkəmə qarşısına çıxarılmasına cəhd göstərməsidir. O, Məhkəməni “iflas etmiş institut” adlandırıb.
Norveç şahzadəsinin oğluna dair 32 ittiham irəli sürülüb
Norveç şahzadəsi Mette-Maritin 28 yaşlı oğlu Marius Borq Hoibi zorlama, məişət zorakılığı və cinsi istismar da daxil olmaqla 32 ittihamla məhkəmə qarşısına çıxacaq. Təqsirli bilinərsə, ona 10 ilə qədər həbs cəzası verilə bilər. Məlumata görə, Hoibinin məhkəməsi 2026-cı ildə başlayacaq. O, 2024-cü ilin noyabrında başladılan istintaq çərçivəsində bir həftəlik həbs olunub. Prokurorlar dörd ayrı istismar hadisəsi və bəzi sui-istifadələrin telefona qeydə alındığını açıqlayıb.
Ruben Vardanyanın məhkəməsi zərərçəkmiş şəxslərin və zərərçəkmişlərin hüquqi varislərinin ifadələri ilə davam etdirilib
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi avqustun 19-da davam etdirilib.
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər barəsində həbs qətimkan tədbiri seçilib
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər barəsində qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb. Səbail Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib.
Ermənistan silahlı qüvvələrinin Zəngilana hücumları nəticəsində məcburi köçkün düşmüş, yaralanmış, doğmaları öldürülmüş şəxslər məhkəmədə ifadə veriblər
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Ermənistan silahlı qüvvələrinin Kəlbəcəri işğal etməsi nəticəsində məcburi köçkün düşmüş, yaralanmış, mina qurbanı olmuş şəxslər məhkəmədə ifadə veriblər
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Türkiyədə İBB-yə qarşı istintaq çərçivəsində 6 nəfər həbs edilib
İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində saxlanılan 13 nəfərdən 6-sı həbs edilib, 7 nəfər barəsində isə məhkəmə nəzarəti tədbiri tətbiq olunub. İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq, vəzifəsindən uzaqlaşdırılmış İBB sədri Əkrəm İmamoğlunun da adının hallandığı, “cinayət təşkilatına rəhbərlik”, “cinayət təşkilatına üzvlük”, “vəzifədən sui-istifadə”, “rüşvət alma”, “dələduzluq”, “şəxsi məlumatların qanunsuz əldə edilməsi” və “tender prosesinə müdaxilə” ittihamlarını əhatə edir.
Türkiyədə İBB istintaqı çərçivəsində 8 nəfər həbs tələbi ilə məhkəməyə çıxarılıb
İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində qanunsuz mənfəət əldə etməkdə ittiham olunan 13 nəfərdən 8-i barələrində həbs tələbi ilə, 5-i isə məhkəmə nəzarəti şərti ilə prokurorluqdan məhkəməyə göndərilib. İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq, vəzifəsindən kənarlaşdırılan İBB sədri Əkrəm İmamoğlu da daxil olmaqla, “cinayət təşkilatına rəhbərlik”, “cinayət təşkilatına üzvlük”, “vəzifədən sui-istifadə”, “rüşvət alma”, “dələduzluq”, “şəxsi məlumatların qanunsuz əldə edilməsi” və “tender prosesinə müdaxilə” ittihamlarını əhatə edir.
Melaniya Tramp Hunter Baydeni 1 milyard dollarlıq iddia ilə hədələyir
ABŞ-ın birinci xanımı Melaniya Tramp, keçmiş prezident Co Baydenin oğlu Hunter Baydeni, cinsi istismarda ittiham olunan iş adamı Cefri Epşteynin onu Donald Trampla tanış etdiyinə dair iddialara görə məhkəməyə verməklə hədələyib. “Asharq Al-Awsat”ın BBC-yə istinadən yaydığı məlumata görə, 2005-ci ildə Donald Trampla evlənən Melaniya Trampın vəkilləri bu iddianı “yalan, böhtan və mübahisəli” adlandırıblar. Hunter Baydenin vəkilinə göndərilən məktubda iddianın dərhal geri götürülməsi və üzr istənilməsi tələb olunub. Əks halda, 1 milyard dollardan çox təzminat tələb ediləcəyi bildirilib.
Ərdoğan Özgür Özələ qarşı 1 milyon TL təzminat iddiası qaldırıb
Ərdoğan, CHP sədri Özgür Özəl-in son açıqlamaları səbəbilə 1 milyon türk lirəsi məbləğində mənəvi təzminat tələbi ilə məhkəməyə müraciət edib. Ərdoğanın vəkili tərəfindən verilən iddia ərizəsində Özəl-in ifadələrinin prezidentə qarşı təhqir və hədəf göstərəcək mahiyyətdə olduğu bildirilib.