7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Melaniya Tramp Hunter Baydeni 1 milyard dollarlıq iddia ilə hədələyir

ABŞ-ın birinci xanımı Melaniya Tramp, keçmiş prezident Co Baydenin oğlu Hunter Baydeni, cinsi istismarda ittiham olunan iş adamı Cefri Epşteynin onu Donald Trampla tanış etdiyinə dair iddialara görə məhkəməyə verməklə hədələyib. “Asharq Al-Awsat”ın BBC-yə istinadən yaydığı məlumata görə, 2005-ci ildə Donald Trampla evlənən Melaniya Trampın vəkilləri bu iddianı “yalan, böhtan və mübahisəli” adlandırıblar. Hunter Baydenin vəkilinə göndərilən məktubda iddianın dərhal geri götürülməsi və üzr istənilməsi tələb olunub. Əks halda, 1 milyard dollardan çox təzminat tələb ediləcəyi bildirilib.

14 Avqust 2025 15:49
Melaniya Tramp Hunter Baydeni 1 milyard dollarlıq iddia ilə hədələyir

BAKI, AzerVoice, Nərmin Ağayeva

Melaniya Tramp keçmiş prezident Co Baydenin oğlu Hunter Baydeni məhkəməyə verməklə hədələyir

AzerVoice xəbər verir ki, ABŞ-ın birinci xanımı Melaniya Tramp, keçmiş prezident Co Baydenin oğlu Hunter Baydeni, cinsi istismarda ittiham olunan iş adamı Cefri Epşteynin onu Donald Trampla tanış etdiyinə dair iddialara görə məhkəməyə verməklə hədələyib.

“Asharq Al-Awsat”ın BBC-yə istinadən yaydığı məlumata görə, 2005-ci ildə Donald Trampla evlənən Melaniya Trampın vəkilləri bu iddianı “yalan, böhtan və mübahisəli” adlandırıblar. Hunter Baydenin vəkilinə göndərilən məktubda iddianın dərhal geri götürülməsi və üzr istənilməsi tələb olunub. Əks halda, 1 milyard dollardan çox təzminat tələb ediləcəyi bildirilib.

Məktubda qeyd olunub ki, Hunter Baydenin təkrar-təkrar səsləndirdiyi iddialar Melaniya Trampın nüfuzuna ciddi ziyan vurub və maddi zərər yetirib.

Xatırladaq ki, Hunter Bayden bu ayın əvvəlində verdiyi müsahibədə Donald Trampın Epşteynlə münasibətlərini kəskin tənqid edib. Donald Tramp isə Epşteynlə dost olduqlarını, lakin 2000-ci illərin əvvəllərində fikir ayrılığı yaşadıqlarını və bunun səbəbinin Floridadakı qolf klubunda işləyən gənc qadınların “oğurlanması” olduğunu bildirib.

Cefri Epşteyn 2019-cu il avqustun 10-da Nyu-Yorkda saxlandığı kamerada ölü tapılıb. Onun ölümü rəsmi olaraq intihar kimi qeydə alınıb.

Məqalədə: #ABŞ #Donald Tramp #Co Bayden #məhkəmə #Hunter Bayden #Ceffri Epşteyn #Melaniya Tramp

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi?  - "Kingdom Arena"da böyük matç
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi? - "Kingdom Arena"da böyük matç
08:07
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
07:20
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.