Avropa üçlüyü İrana qarşı sanksiyaları bərpa edə bilər
Avropa üçlüyü (Böyük Britaniya, Almaniya və Fransa) İranın nüvə proqramı üzrə danışıqlarının nəticəsiz qalmasından sonra avqustun 28-də Tehrana qarşı sanksiyaların bərpa olunmasına qərar verə bilər. Məlumata görə, yaxın günlərdə Avropa üçlüyü BMT Təhlükəsizlik Şurasına yazılı şəkildə qərarını təqdim edəcək. Qəbul olunduğu halda, İranın maliyyə, bank, enerji və müdafiə sektorlarına qarşı sanksiyalar 30 gün ərzində yenidən qüvvəyə minəcək.
İran Hizbullaha heç nəyi diktə etmir - Əli Laricani
Tehran Hizbullahın dəstəyinə ehtiyac duyur və ona heç bir şeyi diktə etmir. Bu sözləri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani səsləndirib. “Biz Livan ‘Hizbullah’ının dəstəyinə necə ehtiyac duyuruqsa, o da bizə ehtiyac duyur. Biz ‘Hizbullah’a heç nəyi zorla qəbul etdirmirik, Livan məsələləri daxili dialoq yolu ilə həll olunmalıdır”.
İran və "Avropa üçlüyü" nüvə proqramı ilə bağlı müzakirələr aparıblar
“Avropa üçlüyünün” (Böyük Britaniya, Fransa və Almaniya) xarici işlər nazirləri Avropa İttifaqının (Aİ) ali diplomatı Kaya Kallasla birlikdə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə telefon danışığı aparıblar. Bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro məlumat verib.
MAQATE yaxın zamanda İrana nümayəndə heyəti göndərəcək – Əraqçi
İran hələ də uranı zənginləşdirmək imkanına malikdir və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlıq üçün yeni bir mexanizmə razılıq verib.
İran ciddi yol ayrıcındadır...
Qəzzada HƏMAS tərəfindən başladılan, 'Əl-Aqsa tufanı' Tehrana onun ən istəmədiyi bir vəziyyətə saldı. İranın münaqişələri nöqtə-nöqtə aparmaq yanaşmasına və həlledici döyüşlərdən çəkinməsinə zidd olaraq Qəzza müharibəsi qəfil baş verdi və 'müqavimət oxu' real bir sınağa çəkildi.