6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

MAQATE yaxın zamanda İrana nümayəndə heyəti göndərəcək – Əraqçi

İran hələ də uranı zənginləşdirmək imkanına malikdir və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlıq üçün yeni bir mexanizmə razılıq verib.

2 Avqust 2025 21:45
MAQATE yaxın zamanda İrana nümayəndə heyəti göndərəcək – Əraqçi

BAKI, AzerVoice, Səməd Əyyubov – İran hələ də uranı zənginləşdirmək imkanına malikdir və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlıq üçün yeni bir mexanizmə razılıq verib.

AzerVoice xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi bildirib.

Onun sözlərinə görə, agentlik yaxın vaxtlarda İrana nümayəndə heyəti göndərəcək və danışıqlar aparacaq.

Əraqçi bildirib ki, texnologiya mövcuddur və bu səbəbdən də nüvə obyektlərinin yenilənməsi və avadanlıqların dəyişdirilməsi mümkündür.

“Obyektlərimizdə çalışmış çox sayda alim və texnikimiz var. Amma uran zənginləşdirilməsinin nə vaxt və necə bərpa ediləcəyi vəziyyətə bağlıdır” - deyə, Əraqçi qeyd edib.

Nazir bildirib ki, ABŞ prezidenti Donald Tramp zənginləşdirmənin tamamilə dayandırılmasını tələb etdiyi müddətdə heç bir razılaşma olmayacaq.

Bununla belə, Əraqçinin fikrincə, ABŞ öz narahatlıqlarını danışıqlar vasitəsilə ifadə edə bilər. O əlavə edib ki, İran sıfır zənginləşdirmə ilə heç nə təqdim edə bilməz, bu səbəbdən danışıqların mənası qalmaz.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai isə bildirib ki, BAEA nümayəndə heyəti yaxın iki həftə ərzində İrana səfər edə bilər. O qeyd edib ki, bu səfər əməkdaşlığın davam etdirilməsi yollarını müzakirə etmək məqsədi daşıyır və parlamentin qəbul etdiyi yeni qanun fonunda agentliklə əməkdaşlıq formatında dəyişikliklər zəruridir.

Xatırladaq ki, İran prezidenti Məsud Pezeşkian iyulun 2-də parlamentin təsdiqlədiyi, MAQATE ilə əməkdaşlığın dayandırılmasını nəzərdə tutan qanun layihəsini imzalayıb.

İyulun 22-də Seyid Abbas Əraqçi İranın gələcəkdə MAQATE müfəttişlərinin geri dönməsini istisna etmədiyini açıqlayıb.

Qeyd edək ki, İran ilə MAQATE arasında gərginlik, İran və İsrail arasında 12 günlük müharibədən sonra daha da artıb. Bu münaqişə zamanı İranın hərbi və nüvə obyektləri hədəf alınıb, nüvə alimləri sui-qəsdə məruz qalıb. ABŞ da bu qarşıdurmaya İranın nüvə obyektlərinə hava zərbələri endirməklə qoşulub.

Məqalədə: #İran #Donald Tramp #MAQATE #Nüvə tərksilahı üzrə konfrans #nüvə enerjisi #İran XİN #Nüvə #Məsud Pezeşkian #nüvə silahı #nüvə proqramı #Abbas Əraqçi #Nüvə razılaşması #Nüvə tərksilahı #İranın nüvə irəliləyişi #İranın nüvə proqramı #İran nüvə proqramı #İsmayıl Bəqai #İranın nüvə danışıqları #İran nüvə sazişi #İran nüvə razılaşmasının gələcəyi #İranın nüvə proqramı və beynəlxalq reaksiyalar #İranın nüvə proqramı 2025 #İran nüvə silahı #İran-ABŞ nüvə gərginliyi #İran nüvə təhlükəsi #İran nüvə razılaşması

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56
İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb
İran

İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb

5 Sentyabr 19:54

Son Xəbərlər

Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.