Selçuk Bayraktar Xocalı soyqırımı ilə bağlı paylaşım edib
Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar Xocalı Soyqırımı ilə əlaqəli paylaşım edib.
Xocalıda qətlə yetirilən azərbaycanlı qardaşlarımızın xatirəsini ehtiramla anırıq - Türkiyə XİN
Türkiyə Respublikası Xarici İşlər Nazirliyi 26 fevral Xocalı Soyqırımının ildönümü ilə əlaqəli paylaşım edib. Bu barədə Türkiyə XİN rəsmi "Facebook" səhifəsində anım mesajı yayımlayıb. Nazirliyin paylaşımında 1992-ci ilin fevralın 26-da Xocalıda qətlə yetirilən soydaşlarımızın xatirəsi ehtiramla yad edilib. Paylaşımda qeyd olunub: "26 fevral 1992-ci ildə Xocalıda qətlə yetirilən azərbaycanlı qardaşlarımızın əziz xatirəsini hörmət və rəhmətlə anır, Can Azərbaycanın acısını daima qəlbimizdə hiss edirik."
Xocalı qətliamının başlanması, Qızıl ordunun işğalı və müasir Azərbaycanın qərarları: 25 fevral dosyesi
Tarix bu gün qlobal siyasi dəyişikliklərə və unudulmaz faciələrə şahidlik edib. 25 fevral – Ermənistan silahlı qüvvələrinin bəşəriyyətə qarşı ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımına başladığı müdhiş gecənin tarixidir (1992). Eyni zamanda, düz bir il əvvəl (2025) Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması barədə tarixi Sərəncam imzaladığı qürurverici gündür.