ABŞ kəşfiyyatı Çini gizli nüvə sınaqları keçirməkdə ittiham edir
ABŞ kəşfiyyat xidmətləri Çinin yeni nəsil nüvə silahları hazırladığını və son illərdə ən azı bir gizli sınaq keçirdiyini ehtimal edir. Vaşinqton rəsmiləri Pekinin bölünən başlıqlı raketlər və kiçik güclü taktik nüvə silahları üzərində işlədiyini iddia edir. CNN-in kəşfiyyat mənbələrinə istinadən yaydığı məlumata görə, bu cür silahların Tayvan ətrafında baş verə biləcək mümkün münaqişə zamanı istifadəsi nəzərdə tutula bilər.