ABŞ Ukraynaya "Patriot" sistemlərinin istehsalı üçün lisenziya verməkdən imtina edir
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, rəsmi Vaşinqton Kiyevə "Patriot" zenit-raket komplekslərinin (ZRK) və onlar üçün nəzərdə tutulan sursatların istehsalına icazə vermir. Prezidentin sözlərinə görə, tərəfdaşlar hələlik nə "Patriot" sistemlərinin, nə də mövcud qurğular üçün raketlərin Ukraynada istehsalı üçün lisenziya təqdim etmirlər. Zelenski qeyd edib ki, ABŞ-nin bu mövqeyinin səbəbləri ona hələ də məlum deyil.