Livan Prezidenti parlament seçkilərinin vaxtında keçiriləcəyini təsdiqləyib
Livan Prezidenti Cozef Aun parlament seçkilərinin konstitusion öhdəlik olduğunu və müəyyən olunmuş vaxtda keçirilməli olduğunu bir daha bəyan edib. Livanın Prezident Aun Baş nazir Nəvaf Salam və Parlament sədri Nəbi Berri ilə birlikdə seçkilərin planlaşdırıldığı kimi keçirilməsində qətiyyətli olduqlarını bildirib. Prezident Aun eyni zamanda müharibə riskinin qarşısını almaq məqsədilə diplomatik səylərin fasiləsiz davam etdiyini vurğulayaraq, vəziyyətin müsbət istiqamətdə inkişaf etdiyini qeyd edib. Parlament sədri Nəbi Berrinin də seçkilərin vaxtında keçiriləcəyini təsdiqlədiyi, bu prosesdə heç bir gecikmə və ya uzadılmanın olmayacağını bildirdiyi qeyd olunub.
Liviya 2026-cı ilin aprelində prezident və parlament seçkilərinə hazırlanmağa başlayıb
Liviya Ali Milli Seçki Komissiyası (HNEC) bazar ertəsi günü açıqlayıb ki, 2026-cı ilin ortasında prezident və parlament seçkilərinin keçirilməsi üçün hazırlıqlara başlayıb. Komissiyanın rəsmi Facebook səhifəsində yaydığı bəyanatda qeyd olunub ki, dövlət başçısı və parlament seçkilərinin tənzimləyici çərçivələrinin hazırlanması və yayımlanmasına start verilib.
Niderlandda ümumi seçkilər başlayıb
Niderlandda keçirilən ümumi seçkilərdə səsvermə prosesi bu gün başlayıb. Ölkədə yerli vaxtla saat 10:30-da başlayan səsvermə 23:00-a qədər davam edəcək. Seçkilərdə 27 siyasi partiya və min 166 namizəd parlamentdəki 150 yer uğrunda mübarizə aparır. Namizədlər arasında 34 türk mənşəli siyasətçi də yer alır. Ekspertlərə görə, heç bir partiyanın 76 deputatlıq çoxluq əldə edərək təkbaşına hökumət qurması gözlənilmir.
Siyasi qarşıdurmaların genişləndiyi Livanda parlament seçkiləri təhlükədədir
Bu məsələ İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin Beyrut səfəri çərçivəsində keçirdiyi görüşlərdə də gündəmə gəlib. Laricani Hizbullahın sabiq baş katibləri Həsən Nəsrullah və Haşim Səfiəddinin qətlinin ildönümü mərasimlərinə qatılmaq üçün ölkəyə gəlmişdi.
Suriyada parlament seçkiləri keçiriləcək
Suriyada ötən ilin dekabr ayında Bəşər Əsədin devrilməsindən sonra ilk parlament seçkilərinin keçirilməsi üçün tarix dəqiqləşməyə başlayıb. Bu barədə Suriya Ali Seçki Komitəsinin sədri Məhəmməd Taha əl-Əhməd məlumat verib.
Moldovada parlament seçkiləri üçün seçki dövrü başlayıb
Moldova parlamentinə sentyabrın 28-də keçiriləcək növbəti seçkilərlə bağlı seçki dövrü rəsmi olaraq başlayıb.
Bülletenlərin 70 faizi hesablandı - Gürcü arzusu liderdir
Gürcüstanda keçirilən parlament seçkilərində səslərin 69,94 faizi hesablanıb.
Gürcüstanda parlament seçkilərində seçici fəallığı 58,94 faiz təşkil edib
Gürcüstanda keçirilən parlament seçkilərində seçici fəallığı 58,94 faiz təşkil edib.
“Gürcü arzusu” seçkilərdə 56,1% səs toplayıb - “exit-poll”
Hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası 56,1 faiz səs toplayaraq parlament seçkilərində qalib gəlir.