7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Moldovada parlament seçkiləri üçün seçki dövrü başlayıb

Moldova parlamentinə sentyabrın 28-də keçiriləcək növbəti seçkilərlə bağlı seçki dövrü rəsmi olaraq başlayıb.

14 İyul 2025 12:03
Moldovada parlament seçkiləri üçün seçki dövrü başlayıb

BAKI, AzerVoice

Moldova parlamentinə sentyabrın 28-də keçiriləcək növbəti seçkilərlə bağlı seçki dövrü rəsmi olaraq başlayıb.

AzerVoice-un məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyası sədrinin müavini Pavel Postike məlumat verib.

O, qeyd edib ki, bu müddət seçki kampaniyası ilə qarışdırılmamalıdır. Kampaniya rəsmi olaraq avqustun 28-də, yəni seçkilərə bir ay qalmış başlayacaq.

“Parlament seçkilərinin seçki dövrü iyulun 14-də başlayır və Konstitusiya Məhkəməsi nəticələri təsdiqləyənə qədər davam edir. Bu dövr namizədlərin irəli sürülməsindən tutmuş yekun hesabatların təqdimatınadək seçkilərin təşkilinə dair əksər prosedurları əhatə edir. Onun dəqiq müddəti əvvəlcədən bəlli deyil və bu, nəticələrin nə qədər tez işlənməsi, mümkün məhkəmə prosesləri və Konstitusiya Məhkəməsinin yoxlama müddətindən asılı olacaq. Seçki kampaniyası isə daha qısa və konkret vaxt aralığını əhatə edir: o, avqustun 28-dən başlayaraq sentyabrın 28-nə qədər davam edəcək və seçki günündən bir gün əvvəl sona çatacaq” – deyə, Postike bildirib.

O əlavə edib ki, seçkidən əvvəlki dövrdə, iyulun 20-dən təxminən avqustun 20-nə qədər namizədlik üçün sənədlərin qəbulu həyata keçiriləcək. "Bu müddətdə siyasi partiyalar, seçki blokları və müstəqil namizədlər qeydiyyat üçün sənədlərini təqdim edə bilərlər” - deyə, o qeyd edib.

MSK rəsmisi həmçinin siyasi təşviqatla seçki təbliğatı arasındakı fərqləri açıqlayıb.

“Avqustun 28-nə qədər partiyalar özlərini tanıdan fəaliyyətlər apara bilər, vətəndaşlarla görüşə bilər, proqramlarını nümayiş etdirə bilərlər, lakin birbaşa “bizə səs verin” çağırışını edə bilməzlər. Avqustun 28-dən etibarən isə artıq açıq şəkildə “bizə səs verin” deyə biləcəklər” – deyə, Postike qeyd edib. O, eyni zamanda etiraf edib ki, praktiki baxımdan “təbliğatla təbliğatı bir-birindən ayırmaq bəzən olduqca çətin olur”.

Məqalədə: #Moldova #seçkilər #parlament seçkiləri

Mövzu üzrə digər xəbərlər

Trampın poçtla səsvermə qaydaları ilə bağlı məhkəmə maneəsi aradan qaldırılıb
Digər Dövlətlər

Trampın poçtla səsvermə qaydaları ilə bağlı məhkəmə maneəsi aradan qaldırılıb

25 Avqust 20:36
Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi
Digər Dövlətlər

Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

21 İyul 22:23
İsrail Ali Məhkəməsi ultraortodoks yəhudilərlə bağlı qanunun icrasını dayandırıb
Digər Dövlətlər

İsrail Ali Məhkəməsi ultraortodoks yəhudilərlə bağlı qanunun icrasını dayandırıb

15 İyul 20:22
DOST modeli Moldovada pilot mərhələdə tətbiq olunacaq
Cəmiyyət

DOST modeli Moldovada pilot mərhələdə tətbiq olunacaq

9 İyul 20:36

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.