İran ABŞ-ın regiondakı hərbi bazalarını hədəfə alıb - İRİB
Tehran ABŞ obyektlərinə qarşı əməliyyatın başladığını elan edib. İran İslam Respublikasının Yayım Qurumu (İRİB) ölkənin Silahlı Qüvvələrinin Orta Şərqdə yerləşən ABŞ hərbi bazalarına qarşı genişmiqyaslı hücuma başladığını açıqlayıb. Dövlət televiziyasının təcili bəyanatında bildirilib: “İran Silahlı Qüvvələri regiondakı Amerika hərbi bazalarını birbaşa hədəf almağa başlayıb.” Bu açıqlama İranın ABŞ və İsrailin birgə hava zərbələrinə qarşı rəsmi cavab əməliyyatına keçdiyini göstərir.