Bağdad barıt çəlləyi üzərində: İraqı "Yaxın Şərq tufanı"ndan kim qoruyacaq?
ABŞ və İsrailin İrana qarşı müharibəsi başlamazdan əvvəl, hazırda müvəqqəti fəaliyyət göstərən Məhəmməd Şiə əs-Sudani hökuməti İraqı bölgədəki münaqişə dairələrindən uzaq tutmaqla bağlı diplomatik uğurları ilə öyünürdü. Lakin bu gün Bağdad, hərbi əməliyyatları canlı yayımlayan televiziya ekranlarının Təl-Əviv, Tehran və Beyrutla yanaşı dördüncü əsas nöqtəsinə çevrilib.
Bağdadda “Həşdi-Şabi” qərargahına hava zərbəsi endirilib
İraqın paytaxtının cənubunda yerləşən hərbi obyektə zərbə endirilib. Bağdadın cənub hissəsində yerləşən Həşdi-Şabi (Xalq Səfərbərlik Qüvvələri) komandanlıq qərargahı hava hücumuna məruz qalıb.