9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Bağdad barıt çəlləyi üzərində: İraqı "Yaxın Şərq tufanı"ndan kim qoruyacaq?

ABŞ və İsrailin İrana qarşı müharibəsi başlamazdan əvvəl, hazırda müvəqqəti fəaliyyət göstərən Məhəmməd Şiə əs-Sudani hökuməti İraqı bölgədəki münaqişə dairələrindən uzaq tutmaqla bağlı diplomatik uğurları ilə öyünürdü. Lakin bu gün Bağdad, hərbi əməliyyatları canlı yayımlayan televiziya ekranlarının Təl-Əviv, Tehran və Beyrutla yanaşı dördüncü əsas nöqtəsinə çevrilib.

4 Aprel 2026 09:00
Bağdad barıt çəlləyi üzərində: İraqı "Yaxın Şərq tufanı"ndan kim qoruyacaq?

BAKI,VOA Analitik Təhlil Mərkəzi

7 oktyabr fırtınası dindiyi zaman çoxumuz İraqdakı barıt çəlləyinə Yaxın Şərqdə alovlanan müharibə qığılcımlarının çatmayacağını düşünərək yanılmışdıq. Lakin fevralın son günlərində başlayan müharibə bunun belə olmadığını sübut etdi.

ABŞ və İsrailin İrana qarşı müharibəsi başlamazdan əvvəl, hazırda müvəqqəti fəaliyyət göstərən Məhəmməd Şiə əs-Sudani hökuməti İraqı bölgədəki münaqişə dairələrindən uzaq tutmaqla bağlı diplomatik uğurları ilə öyünürdü. Lakin bu gün Bağdad, hərbi əməliyyatları canlı yayımlayan televiziya ekranlarının Təl-Əviv, Tehran və Beyrutla yanaşı dördüncü əsas nöqtəsinə çevrilib.

Bu fırtınanı planlaşdıranlar bəlkə də onun "Yaxın Şərq tufanı"na çevriləcəyini və təkcə Məscidül-Əqsa ətrafı ilə məhdudlaşmayacağını təxmin etmirdilər. Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Küveyt və Qətər, hətta Vaşinqtonla Tehran arasında vasitəçilik edən Oman belə öz iradələrindən kənar bu döyüş dairəsinə daxil oldular.

Lakin bu ölkələr təcavüzə məruz qalsalar da, ABŞ və İsrailin tərəfində İrana qarşı müharibəyə girdiklərini elan etmədilər. İraqın vəziyyəti isə fərqlidir; o, iki mənzil arasındadır. İraq müharibə edən tərəflərin birbaşa döyüş meydanıdır. İranın burada hədəfləri var, ABŞ və İsrail isə hər gün "Həşdi-Şaabi" qərargahlarını bombalayır. Paradoks budur ki, İraqın silahlı qruplaşmaları İrana "dəstək cəbhəsi" adı altında Bağdaddakı diplomatik nümayəndəlikləri, “Kürdüstan” bölgəsini, dövlət müəssisələrini və neft obyektlərini hədəf alır.

İraqda həyəcan siqnalları yalnız Bağdaddakı ABŞ səfirliyində eşidilir, şəhərin digər hissələrində isə yoxdur. Lakin hər gün səmada hərbi təyyarələrin gurultusu və müxtəlif partlayış səsləri eşidilir. Hücumlar ya ABŞ tərəfindən konkret hədəflərə, ya da "İraq İslami Müqavimət Koordinasiyası", "Övliya əd-Dəm" (Qan dostları) və ya "Əshabi-Kəhf" kimi adlar altında gizlənən qruplaşmalar tərəfindən həyata keçirilir.

İraq Kürdüstanı isə ikiqat hücuma məruz qalır: həm yerli silahlı qruplaşmaların PUA-ları, həm də İrandan gələn raketlər və dronlar. Hədəflər təkcə hərbi bazalar deyil, həm də otellər və yaşayış kompleksləridir. Əvvəllər ABŞ-ın ölkədəki hərbi mövcudluğuna qarşı çıxmaqla legitimlik qazanan "müqavimət" silahı, indi İran rejimini qorumaq üçün ideoloji bir alətə çevrilib.

ABŞ Dövlət Departamentinin sözçüsü "ABŞ-ın İraq təhlükəsizlik qüvvələrini hədəf alması barədə iddiaların tamamilə yalan" olduğunu bildirməklə, Vaşinqtonun "Həşdi-Şaabi"ni rəsmi hərbi qurum kimi tanımadığını mesaj verir. Hökumətin "Həşdi-Şaabi" ilə "müqavimət oxu"na bağlı qruplaşmalar arasında fərq qoymaq cəhdləri artıq amerikalılar üçün qəbulolunmazdır.

İraq dövlətinin cırtdanlaşdırılması

İraqın dövlət nüfuzuna ən çox ehtiyacı olduğu bir vaxtda, hakim sinif onu cırtdanlaşdırır. Müvəqqəti hökumət və siyasi liderlərin göstərişini gözləyən parlament hələ də nə prezidenti, nə də baş naziri seçə bilməyib. Ölkə dövlət iradəsindən kənar bir müharibənin içindədir.

Sudani hökuməti öz siyasi qazancını hər şeydən üstün tutur və "nə müharibə, nə sülh" burulğanında qalmağı problem hesab etmir. Siyasi tərəflər isə kənarda durub döyüşün sonunu gözləyirlər. Silahlı qruplaşmalarla ABŞ arasındakı münaqişəyə "qoy bir-birlərini qırsınlar" prinsipi ilə yanaşılır.

Bu müharibə göstərdi ki, İraq Roma ilahı Janusa bənzəyir — bir başda iki üz. Bir tərəfdə rəsmi dövlət siması, digər tərəfdə isə "müharibə və sülh qərarı bizim əlimizdədir" deyən paralel silahlı qüvvələrin siması. Məhkəmə Hakimiyyəti Şurasının sədri Faiq Zeydanın təsvir etdiyi kimi, hərbi qərar mərkəzlərinin çoxluğu dövlətin suverenliyini əlindən alıb. İraqın iqtisadi tərəfdaşlıq qurmaq istədiyi qonşu ölkələr, hökumətlə müharibə qərarı yarışına girən qüvvələrin olduğu bir ölkəyə necə etibar edə bilər?

İraq kürdlərinin coğrafiya ilə imtahanı bitmək bilmir. Kürdüstan bölgəsi həm İranın, həm də yerli qruplaşmaların raket hədəfinə çevrilib. Kürd siyasətçilərin İranla yaxşı münasibətləri onları "İsrail və ABŞ-la əməkdaşlıq" ittihamından xilas etmir. İran bölgəni ABŞ-ın onun müxalif kürd qüvvələrini silahlandıra biləcəyi "yumşaq qarın" kimi görür. Ərbil və Süleymaniyyə liderləri bu müharibədə tərəf olmayacaqlarını desələr də, İranın qəzəbindən qorunmaq üçün "az itki" ilə kifayətlənməli olurlar.

Əgər bu müharibədən sonra İran rejimi dəyişməsə, o artıq "dörd ərəb paytaxtına nəzarət edirik" deyə öyünən dövlət olmayacaq, daxili yaralarını sarımağa çalışacaq. Lakin o, təkcə Qərbin deyil, həm də suverenliyini pozduğu Körfəz qonşularının nifrəti ilə mühasirədə olacaq.

Regiondakı bu müharibə ənənəvi müharibələrə bənzəmir. "B-2" və "B-52" bombardmançıları, ABŞ aviadaşıyıcıları və İranın ballistik raketləri Yaxın Şərqin yeni simasını cızır. Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Bəhreyn, Qətər və İordaniya İraqdan gələn hücumları "təcavüz" adlandıraraq kəskin pisləyiblər. İraq hökumətinin bu tərəfdaş ölkələrlə qurduğu strateji əlaqələr indi qeyri-rəsmi silahlı qüvvələrin təhdidi altındadır.

İraq öz daxili nizamını bərpa etməli və dövlət institutlarının nüfuzunu qaytarmalıdır. Bu, qeyri-mümkün deyil, lakin "hakimiyyət adamları" deyil, "dövlət adamları"nın qətiyyətini tələb edən çətin bir vəzifədir.

Məqalədə: #Məhəmməd Şia Əl-Sudani #Yaxın Şərq #Yaxın Şərq münaqişəsi #VOA Analitik Təhlil Mərkəzi #Hizbullahdan Həşdi Şabiyə: Silahların Dövlətə Təhvil Verilməsi Mümkündürmü? #Bağdadda Həşdi-Şabi qərargahı vuruldu #Kiber İslami Müqavimət #İraqın vəziyyəti isə fərqlidir #Vaşinqtonla Tehran arasında vasitəçilik #Əshabi-Kəhf #İraq İslami Müqavimət Koordinasiyası #Övliya əd-Dəm #Faiq Zeydan #İsrail və ABŞ-la əməkdaşlıq

Mövzu üzrə digər xəbərlər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?

09:00
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
ArabAZ analitika: Geosiyasi təhlillər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari

8 Sentyabr 16:26
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?

7 Sentyabr 09:00

Son Xəbərlər

Səudiyyə Ərəbistanında bir sıra bölgələrdə təhlükə xəbərdarlığı verilib
Səudiyyə Ərəbistanında bir sıra bölgələrdə təhlükə xəbərdarlığı verilib
11:48
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
11:20
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
10:35
Numan Kurtulmuş İraqa gedir
Numan Kurtulmuş İraqa gedir
10:32
BƏƏ Nepalda axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarını gücləndirib
BƏƏ Nepalda axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarını gücləndirib
10:26
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.