ABŞ-nin Strateji Neft Ehtiyatı nədir və niyə mühüm əhəmiyyət daşıyır?
ABŞ-nin Strateji Neft Ehtiyatı 1975-ci ildə ərəb ölkələrinin neft embarqosundan sonra yaradılıb. Onun əsas məqsədi fövqəladə vəziyyətlərdə ölkənin enerji təhlükəsizliyini təmin etməkdir. Hazırda ehtiyatda təxminən 290 milyon barrel neft saxlanılır. Bu, 700 milyon barrellik ümumi tutumun yarısından da azdır. Ehtiyatın hazırkı həcmi 1983-cü ildən bəri ən aşağı səviyyədədir. Neft Meksika körfəzi sahillərindəki 61 yeraltı duz mağarasında saxlanılır. Köhnəlmiş infrastruktur səbəbindən ehtiyatın təxminən dörddəbir hissəsindən hazırda neft çıxarmaq mümkün deyil. ABŞ hökuməti təmir işlərinə 1,4 milyard dollar ayırsa da, tam bərpanın yeddi ilədək davam edə biləcəyi bildirilir.
Körfəzlərin yaranması və coğrafi xüsusiyyətləri - Körfəz nədir?
Coğrafi adlandırmada bəzən elmi xüsusiyyətlərlə adlar üst-üstə düşmür. Məsələn, Meksika körfəzi suyunun fiziki-kimyəvi tərkibinə və zəngin üzvi aləminə görə əslində dəniz hesab olunmalıdır. Əksinə, Qırmızı dəniz öz xüsusiyyətlərinə görə körfəz adlandırılmağa daha uyğundur. Bu cür fərqliliklər körfəzlərin xarici sərhədlərinin şərti olmasından irəli gəlir.