İran XİN Türkiyəyə başsağlığı verib
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Türkiyədə baş verən təyyarə qəzası ilə bağlı Türkiyəyə başsağlığı verib. Bəqai qəza nəticəsində həyatını itirən şəhidlərin ailələrinə başsağlığı bildirib. Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan–Gürcüstan sərhədində baş verən hərbi təyyarə qəzası ilə bağlı açıqlama yayıb. Qeyd olunub ki, C-130 tipli hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində 20 türk hərbçisi şəhid olub.
I Qarabağ müharibəsinin daha üç itkin-şəhidi dəfn olunacaq
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha üç şəhid dəfn olunacaq. AzerVoice xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.