FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
Canni İnfantino İraqın beynəlxalq arenaya qayıdışını dəstəkləyərək rəsmi seçmə mərhələ oyunlarının və regional turnirlərin bu ölkədə keçirilməsinə razılıq verib.
Tramp İran millisinin 2026 Dünya Çempionatında iştirakını dəstəklədiyini bildirib
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti Canni İnfantino ABŞ prezidenti Donald Trampla görüşü zamanı İran millisinin 2026-cı il dünya çempionatında iştirakının mümkünlüyünü müzakirə etdiyini bildirib. İnfantino sosial şəbəkə hesabında yazıb ki, ABŞ prezidenti ilə keçirilən görüşdə turnirin hazırlıq məsələləri müzakirə olunub və Tramp İran millisinin ABŞ-də keçiriləcək turnirdə iştirakına müsbət yanaşdığını bildirib.