ABŞ niyə Xark adasına hücum etdi?
ABŞ-ın İranın Xarq adasına endirdiyi zərbənin səbəbləri regionda geniş müzakirə olunur. ABŞ tərəfi hücum zamanı İranın əsas neft obyektlərini hədəfə almayıb. Bununla belə, Xarq adasının ölkənin əsas neft ixrac terminalı olması səbəbindən bu əməliyyat Tehrana strateji xəbərdarlıq kimi qiymətləndirilir.
Xark adasında 90-dan çox hərbi hədəf vurulub - CENTCOM
ABŞ Mərkəzi Komandanlığı İranın strateji əhəmiyyətə malik Xark adasına genişmiqyaslı hava zərbəsi endirildiyini açıqlayıb. Hücum çərçivəsində bölgədə yerləşən dəniz minalarının saxlanıldığı anbarlar, raket sığınacaqları və müxtəlif hərbi logistika məntəqələri vurulub.