Tehranın pərdəarxası danışıqları – Qalibaf Vaşinqtonun yeni həmsöhbəti ola bilərmi?
Məhəmməd Baqir Qalibaf bir çox məqamlarda Əli Laricaninin xələfidir, lakin o, sağlığında yaxın olduğu Ali Rəhbər Əli Xameneyinin xələfi olmayacaq. Çünki "Vəliyyi-fəqih"in xələfi mütləq "Ayətullah" rütbəli din xadimi olmalıdır, Qalibafın isə ali dini təhsili yoxdur. Hazırda Parlament sədri olan Qalibaf, ABŞ Prezidenti Donald Trampın adını çəkmədən birbaşa danışıqlara çağırdığı şəxsə çevrilib. Bu, onu İranın gələcək liderliyinə ən güclü namizəd edir – təbii ki, əgər gələcəkdə vəziyyət dəyişməsə və o, "azmış" bir raketin və ya daxili sui-qəsdin qurbanı olmasa.
Əli Laricani kimdir? İranın Milli Təhlükəsizlik Şurasının rəhbəri barədə faktlar
İran siyasi sisteminin ən nüfuzlu simalarından biri olan Əli Laricani ölkənin bir çox strateji və siyasi qərarlarında mühüm rol oynayıb. O, 2025-ci ilin avqust ayında İran Milli Təhlükəsizlik Ali Şurasının baş katibi vəzifəsinə gətirilib.