Tehran ABŞ-ın mümkün hücumuna sərt cavab veriləcəyini bəyan edib
İran ABŞ-ın ölkənin infrastrukturuna mümkün hərbi zərbələri halında regiondakı strateji obyektləri hədəfə alacağı barədə sərt xəbərdarlıq edib. General Zülfüqari ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi təhdidlərini həyata keçirməsi halında Tehranın genişmiqyaslı cavab verəcəyini bildirib.
Hava məkanımızın pozulmasına icazə verməyəcəyik - İordaniya
ABŞ və İran arasında hərbi gərginliyin regional müharibə səviyyəsinə yüksəlməsi fonunda İordaniya Haşimi Krallığı ciddi raket hücumuna məruz qalıb. Raketlərin hamısı İordaniya hava hücumundan müdafiə (HHM) sistemləri tərəfindən havada zərərsizləşdirilib. Vurulan raketlərin qalıqlarının şəhər ətrafına düşdüyü, hadisə nəticəsində hər hansı can itkisinin və ya ciddi maddi zərərin qeydə alınmadığı vurğulanıb.
Çin alüminium bazarında mövqeyini gücləndirir
İran ətrafında davam edən hərbi qarşıdurma və Hörmüz boğazında daşımaların çətinləşməsi qlobal tədarük zəncirinə ciddi təzyiq yaradıb. Bu amil beynəlxalq bazarlarda alüminium təklifinin məhdudlaşmasına və Çin istehsalçılarının daha çox sifariş almasına səbəb olub.
İran ABŞ-la “ədalətli razılaşma”ya hazır olduğunu bəyan edib
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-la münaqişənin həlli üçün “ədalətli və hərtərəfli razılaşma”ya hazır olduqlarını bildirib. Nazir vurğulayıb ki, İran yalnız ədalətli şərtlər əsasında razılaşmanı qəbul edə bilər və ABŞ tərəfinin yanaşmasında dəyişiklik olacağı təqdirdə danışıqlar davam etdirilə bilər.
İran ABŞ hərbi gəmisini vurub
İran mediası ABŞ-a məxsus hərbi gəminin Cask adası yaxınlığında vurulduğunu iddia edib. Məlumata görə, gəmi edilən xəbərdarlıqlara məhəl qoymadığı üçün iki raketlə hədəfə alınıb. Buna baxmayaraq, ABŞ tərəfi bu məlumatları təkzib edib. ABŞ rəsmisi Axios nəşrinə açıqlamasında hərbi gəminin vurulmadığını bildirib.
İran rəhbərliyinin başa düşdüyü yeganə şey bombalardır - Tramp
ABŞ Prezidenti İranla bağlı növbəti sərt açıqlama verib. Məlumata görə, Tramp son dövrlərdə İranla bağlı çıxışlarında daha sərt mövqe sərgiləyir. O, daha əvvəl də Tehranın nüvə proqramından imtina etmədiyi təqdirdə hərbi tədbirlərin davam etdirilə biləcəyini vurğulayıb.
ABŞ şərtlərimizi qəbul etməyə məcburdur - İran
ABŞ və İran arasında davam edən danışıqlar fonunda Tehrandan sərt açıqlama verilib. İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rızai Vaşinqtonla aparılan müzakirələrdə ABŞ-nin İranın şərtlərini qəbul etməli olduğunu bildirib. Onun sözlərinə görə, bölgə ölkələri və neft alıcıları Hörmüz boğazında yaranmış vəziyyət səbəbindən ABŞ-yə təzyiq göstərir. Bu ölkələr keçidlərin bərpası üçün Vaşinqtondan müvafiq addımların atılmasını tələb edir.
Almaniya Hörmüz boğazına mina təmizləyən gəmi göndərəcək
Almaniya Hərbi Dəniz Qüvvələrinin mümkün əməliyyat hazırlıqları çərçivəsində Aralıq dənizinə mina təmizləyən gəmi göndərəcəyi açıqlanıb. Nazirin sözlərinə görə, mina təmizləyən gəmi ilə yanaşı, komanda və təchizat gəmisi də bölgəyə göndəriləcək. Lakin gəmilərin konkret nə vaxt yola düşəcəyi açıqlanmayıb.
İranda beynəlxalq uçuşlar bərpa olunur
İmam Xomeyni Beynəlxalq Hava Limanı tərəfindən yayılan açıqlamada ilk mərhələdə İstanbul, Mədinə və Maskat istiqamətlərinə reyslərin həyata keçiriləcəyi bildirilib. Qeyd olunub ki, uçuş proqramı İran Mülki Aviasiya Təşkilatı tərəfindən veriləcək icazələrə uyğun olaraq mərhələli şəkildə genişləndiriləcək.
İsraillilərin 42 faizi İranla atəşkəsin uzadılması qərarına qarşıdır- Maariv
Sorğunun nəticələrinə görə, respondentlərin yalnız 28 faizi bu addımı doğru hesab etdiyini bildirib. İsrail ictimaiyyətində Trampın bu qərarına qarşı yaranan narazılıq, Tehranın vaxt qazanması və regional gərginliyin qeyri-müəyyən qalması ilə bağlı narahatlıqlardan qaynaqlanır. Bir çox israilli İranın bu müddət ərzində öz qüvvələrini yenidən qruplaşdırmasından və əks-hücuma hazırlaşmasından ehtiyat edir.
NATO 77-ci ildönümündə - Alyansın gələcəyi müəmmalıdır
Təsis edilməsindən 77 il keçən Şimali Atlantika Alyansı (NATO) bəlkə də tarixinin ən ağır böhranı ilə üz-üzədir. 1949-cu ildə 32 dövlətin iştirakı ilə yaradılan hərbi ittifaqda Avropa ölkələri və ABŞ arasındakı baxış ayrılığı, xüsusilə prezident Donald Trampın hakimiyyəti dövründə dərinləşərək parçalanma həddinə çatıb.