7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Çin alüminium bazarında mövqeyini gücləndirir

İran ətrafında davam edən hərbi qarşıdurma və Hörmüz boğazında daşımaların çətinləşməsi qlobal tədarük zəncirinə ciddi təzyiq yaradıb. Bu amil beynəlxalq bazarlarda alüminium təklifinin məhdudlaşmasına və Çin istehsalçılarının daha çox sifariş almasına səbəb olub.

9 May 2026 09:58
Çin alüminium bazarında mövqeyini gücləndirir

BAKI,VOA, Fərid Mikayılov

İran ətrafında davam edən hərbi gərginlik və Hörmüz boğazında yaranmış risklər fonunda Çinin alüminium ixracında nəzərəçarpacaq artım qeydə alınıb.

VOA xəbər verir ki, Çin Gömrük Xidmətinin açıqladığı son statistikaya əsasən, ölkənin alüminium və alüminium məhsulları ixracı aprel ayında ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz artaraq 598 min tona çatıb.

Məlumata əsasən, ilin əvvəlindən indiyədək ümumi ixrac həcmi 2,05 milyon ton təşkil edib.

Analitiklər hesab edirlər ki, İran ətrafında davam edən hərbi qarşıdurma və Hörmüz boğazında daşımaların çətinləşməsi qlobal tədarük zəncirinə ciddi təzyiq yaradıb. Bu amil beynəlxalq bazarlarda alüminium təklifinin məhdudlaşmasına və Çin istehsalçılarının daha çox sifariş almasına səbəb olub.

Eyni zamanda, xarici alıcıların ehtiyat toplamaq məqsədilə sifarişlərini artırdığı bildirilir. Şirkətlər müharibənin xammal və istehsal xərclərini daha da yüksəldə biləcəyi ehtimalını nəzərə alaraq əvvəlcədən komponent və sənaye məhsulları toplamağa çalışırlar.

Mütəxəssislərin fikrincə, geosiyasi gərginliyin davam etməsi qlobal metal bazarında qiymət dəyişkənliyini artırmaqla yanaşı, Çin ixracatçılarının beynəlxalq bazardakı mövqeyini daha da gücləndirə bilər.

Məqalədə: #Çin #Hörmüz boğazı #ABŞ-İran iqtisadi müharibəsi #İran-ABŞ müharibəsi 2026 #alüminium bazarı

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir

09:21
Oman körfəzində ticarət gəmiləri atəşə tutulub
Oman

Oman körfəzində ticarət gəmiləri atəşə tutulub

5 Sentyabr 20:55
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Bəhreyn

Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib

5 Sentyabr 18:53

Son Xəbərlər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
15:55
"44" bədii filminin premyerasının vaxtı məlum olub
"44" bədii filminin premyerasının vaxtı məlum olub
15:47
Səudiyyə Ərəbistanı Əl-Xəfci şəhərində yeni sahil layihəsi həyata keçirəcək
Səudiyyə Ərəbistanı Əl-Xəfci şəhərində yeni sahil layihəsi həyata keçirəcək
15:34
Səudiyyə Ərəbistanı Keniyada din xadimləri üçün təlim kursu keçirib
Səudiyyə Ərəbistanı Keniyada din xadimləri üçün təlim kursu keçirib
15:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.