Yunanıstanda banan plantasiyası fırıldağı – 23 milyon avro mənimsənilib
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis kənd təsərrüfatı subsidiyaları ilə bağlı 23 milyon avroluq mənimsəmə iddiaları fonunda Avropa Prokurorluğuna (EPPO) müraciət edərək, şübhəli şəxslər barəsində "gecikmədən" ittihamnamə hazırlanmasını tələb edib.