Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialına beynəlxalq ISO sertifikatları təqdim edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialına beynəlxalq ISO sertifikatları təqdim olunub. Belə ki, filialda idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) tələblərinə uyğun olaraq idarəetmə sisteminin sertifikatlaşdırılmasına dair audit həyata keçirilib.
İstanbul Sənaye Palatası MÜSİAD Azərbaycanla əməkdaşlıq danışıqları aparıb
İstanbul Sənaye Palatasının (İSO) nümayəndə heyəti Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Azərbaycanı ziyarət edib. Görüşdə İSO və MÜSİAD rəhbərliyi, Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyinin rəsmiləri, eləcə də hər iki ölkənin sənaye və biznes sektorunu təmsil edən şirkətlər iştirak ediblər.