10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

İstanbul Sənaye Palatası MÜSİAD Azərbaycanla əməkdaşlıq danışıqları aparıb

İstanbul Sənaye Palatasının (İSO) nümayəndə heyəti Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Azərbaycanı ziyarət edib. Görüşdə İSO və MÜSİAD rəhbərliyi, Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyinin rəsmiləri, eləcə də hər iki ölkənin sənaye və biznes sektorunu təmsil edən şirkətlər iştirak ediblər.

30 Oktyabr 2025 22:10
İstanbul Sənaye Palatası MÜSİAD Azərbaycanla əməkdaşlıq danışıqları aparıb

Bakı, AzerVoice

İstanbul Sənaye Palatasının (İSO) nümayəndə heyəti Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Azərbaycanı ziyarət edib. Görüşdə İSO və MÜSİAD rəhbərliyi, Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyinin rəsmiləri, eləcə də hər iki ölkənin sənaye və biznes sektorunu təmsil edən şirkətlər iştirak ediblər.

MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli çıxışında dərnəyin fəaliyyəti haqqında məlumat verib və 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsindən sonra Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə yüksək templə inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, bu əməkdaşlıq təkcə iqtisadi və siyasi sahələrdə deyil, təhsildə də real nəticələr verir və Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətə başlaması bunun ən mühüm nümunələrindəndir.

İstanbul Sənaye Palatasının İdarə Heyətinin sədri Erdal Bahçıvan çıxışında Türkiyə sənayesinin bir çox istiqamətdə sürətlə inkişaf etdiyini və bunun Azərbaycan üçün böyük əməkdaşlıq imkanları yaratdığını vurğulayıb. O, xüsusilə tekstil və hazır geyim sektorunun Azərbaycan bazarı üçün böyük potensial daşıdığını qeyd edib. Bahçıvan həmçinin yaxın dövrdə Zəngəzur dəhlizinin fəaliyyətə başlamasının iki ölkə arasında sənaye, ticarət və investisiya əlaqələrini daha da gücləndirəcəyinə inandığını bildirib.

Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyev çıxışında Azərbaycan bazarının bütün əməkdaşlıq formatlarına açıq olduğunu deyib. O, Türkiyə şirkətləri ilə birgə sənaye layihələrinin, investisiya təşəbbüslərinin və gənclərin sənayə sahəsinə cəlb olunmasının dövlət tərəfindən dəstəkləndiyini qeyd edib. Tağıyev vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə geniş investisiya və sənaye quruculuğu imkanları mövcuddur.

Görüş qarşılıqlı fikir mübadiləsi, əməkdaşlıq formatlarının müzakirəsi və yeni layihələr üzrə təkliflərlə yekunlaşıb.

İstanbul Sənaye Palatası MÜSİAD Azərbaycanla əməkdaşlıq danışıqları aparıb İstanbul Sənaye Palatası MÜSİAD Azərbaycanla əməkdaşlıq danışıqları aparıb İstanbul Sənaye Palatası MÜSİAD Azərbaycanla əməkdaşlıq danışıqları aparıb İstanbul Sənaye Palatası MÜSİAD Azərbaycanla əməkdaşlıq danışıqları aparıb İstanbul Sənaye Palatası MÜSİAD Azərbaycanla əməkdaşlıq danışıqları aparıb İstanbul Sənaye Palatası MÜSİAD Azərbaycanla əməkdaşlıq danışıqları aparıb İstanbul Sənaye Palatası MÜSİAD Azərbaycanla əməkdaşlıq danışıqları aparıb İstanbul Sənaye Palatası MÜSİAD Azərbaycanla əməkdaşlıq danışıqları aparıb İstanbul Sənaye Palatası MÜSİAD Azərbaycanla əməkdaşlıq danışıqları aparıb İstanbul Sənaye Palatası MÜSİAD Azərbaycanla əməkdaşlıq danışıqları aparıb İstanbul Sənaye Palatası MÜSİAD Azərbaycanla əməkdaşlıq danışıqları aparıb
Məqalədə: #MÜSİAD Azərbaycan #Zəngəzur dəhlizi #Şuşa Bəyannaməsi #Rəşad Cabirli #İSO #Türkiyə-Azərbaycan Universiteti #Tamerlan Tağıyev #Azərbaycan-Türkiyə münasibətləri #Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyi #Erdal Bahçıvan

Mövzu üzrə digər xəbərlər

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
İqtisadiyyat

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir

9 Sentyabr 12:34
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
İqtisadiyyat

Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub

9 Sentyabr 12:12
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Biznes

Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı

7 Sentyabr 14:08

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.