“Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin növbəti görüşü keçirilib
Azərbaycanın Qəbələ şəhərində “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrini bir araya gətirən ikitərəfli dəyirmi masa keçirilib. Növbəti görüşdə hər iki ölkədən qeyri-hökumət təşkilatlarının, media qurumlarının və beyin mərkəzlərinin nümayəndələri iştirak ediblər.
“Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan arasında növbəti dəyirmi masa keçiriləcək
“Sülh Körpüsü” Təşəbbüsü Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoqu və birbaşa əlaqələri təşviq etməyə davam edir. Aprelin 10–12-də Azərbaycanda “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə növbəti ikitərəfli dəyirmi masa keçiriləcək.