İslamabadda kritik zirvə - ABŞ, İran və Pakistan arasında üçtərəfli danışıqlar başladı
Pakistanın paytaxtı İslamabad şəhəri beynəlxalq birliyin diqqət mərkəzinə çevrilib. Belə ki, bu gün ABŞ və İran nümayəndə heyətləri arasında regional gərginliyin azaldılmasına dair həlledici danışıqlar rəsmən start götürüb.
ABŞ İranın dondurulmuş aktivlərini sərbəst buraxacaq
ABŞ hökuməti İranın xarici banklarda dondurulmuş maliyyə vəsaitlərinin sərbəst buraxılması barədə qərar qəbul edib. Bu addım İslamabadda keçiriləcək genişmiqyaslı sülh danışıqları öncəsi mühüm etimad quruculuğu tədbiri kimi qiymətləndirilir.
İslamabadın masasında "Üçüncü sənəd" - ABŞ və İranın ziddiyyətli şərtləri arasında kompromis axtarışı
Dünya diplomatiyasının diqqəti Pakistanın paytaxtı İslamabada yönəlib. İki həftəlik müvəqqəti atəşkəs elan edildikdən sonra, ABŞ və İranın təqdim etdiyi və bir-birinə tamamilə zidd olan iki təkliflər paketi (vərəqə) ətrafında gərgin danışıqlar gözlənilir. Pakistanın fəal vasitəçiliyi ilə keçirilən bu proses tərəfləri açıq qarşıdurma həddindən geri qaytarmağa xidmət edir.