9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

İslamabadın masasında "Üçüncü sənəd" - ABŞ və İranın ziddiyyətli şərtləri arasında kompromis axtarışı

Dünya diplomatiyasının diqqəti Pakistanın paytaxtı İslamabada yönəlib. İki həftəlik müvəqqəti atəşkəs elan edildikdən sonra, ABŞ və İranın təqdim etdiyi və bir-birinə tamamilə zidd olan iki təkliflər paketi (vərəqə) ətrafında gərgin danışıqlar gözlənilir. Pakistanın fəal vasitəçiliyi ilə keçirilən bu proses tərəfləri açıq qarşıdurma həddindən geri qaytarmağa xidmət edir.

10 Aprel 2026 14:00
İslamabadın masasında "Üçüncü sənəd" - ABŞ və İranın ziddiyyətli şərtləri arasında kompromis axtarışı

BAKI,VOA Analitik Təhlil Mərkəzi, Orxan Qədirzadə

Dünya diplomatiyasının diqqəti Pakistanın paytaxtı İslamabada yönəlib. İki həftəlik müvəqqəti atəşkəs elan edildikdən sonra, ABŞ və İranın təqdim etdiyi və bir-birinə tamamilə zidd olan iki təkliflər paketi (vərəqə) ətrafında gərgin danışıqlar gözlənilir. Pakistanın fəal vasitəçiliyi ilə keçirilən bu proses tərəfləri açıq qarşıdurma həddindən geri qaytarmağa xidmət edir.

Tərəflərin mövqeləri arasındakı uçurum kifayət qədər dərindir. Lakin diplomatik kulislərdə bu iki ziddiyyətli mövqeyi birləşdirə biləcək "Üçüncü Sənəd"in hazırlanması ehtimalı müzakirə olunur.

Amerika sənədi - Sərt tələblər və tam tərksilah

Vaşinqtonun təqdim etdiyi sənəd əsasən təhlükəsizlik və hərbi məhdudiyyətlərə söykənir. ABŞ-ın əsas şərtləri aşağıdakılardır:

Hörmüzdə naviqasiya azadlığının tam təmin edilməsi.

İranın bütün nüvə infrastrukturunun (Fordo, İsfahan, Nətənz) tam ləğvi, uranın zənginləşdirilməsinin dayandırılması və mövcud ehtiyatların təhvil verilməsi.

Ballistik raketlərin say və mənzilinin məhdudlaşdırılması, regional qruplaşmalara dəstəyin kəsilməsi.

Qrşılığında sanksiyaların ləğvi və "Tetik mexanizmi"nin (Snapback) dayandırılması.

İran sənədi - Qarşılıqlı prinsip və tanınma

Tehranın "Fars" agentliyi tərəfindən yayılan təklifləri isə tamamilə fərqli yanaşmanı ehtiva edir:

İrana və müttəfiqlərinə qarşı hər növ hücumun dayandırılması və dəymiş zərərə görə kompensasiya.

Bütün beynəlxalq və birtərəfli sanksiyaların dərhal ləğvi.

ABŞ-ın İranın uranı zənginləşdirmə hüququnu rəsmən tanıması.

Hörmüz boğazından gəmilərin keçidi üçün iki həftəlik məhdud və xüsusi protokolun tətbiqi.

"Üçüncü sənəd" – Ortaq məxrəc tapıla bilərmi?

Ekspertlər bildirirlər ki, İslamabadda tərəflərə təqdim oluna biləcək vasitəçi sənəd aşağıdakı prinsiplər üzərində qurula bilər:

Şəffaflıq müqabilində sanksiya yumşaldılması - Nüvə proqramının tam beynəlxalq nəzarətə verilməsi qarşılığında iqtisadi məhdudiyyətlərin mərhələli ləğvi.

Mərhələli geriçəkilmə - ABŞ-ın regiondakı hərbi mövcudluğunu azaltması və İranın proksi qüvvələrə dəstəyini məhdudlaşdırması.

Naviqasiya zəmanəti - Hörmüz boğazının bütün tərəflər üçün təhlükəsizliyinin təmini.

Buna baxmayaraq, bölgədəki gərginlik və Livanda atəşkəsin pozulması halları bu diplomatik sənədlərin praktiki icrasının nə qədər kövrək olduğunu göstərir.

Məqalədə: #İslamabad Danışıqları 2026 #Hürmüz boğazı naviqasiyası #Nüvə zənginləşdirilməsi hüququ #Tetik mexanizmi (Snapback) #Pakistanın vasitəçilik rolu #Müvəqqəti atəşkəs şərtləri #Fordo və Nətənz obyektləri #Regional sülh təklifləri #ABŞ və İran arasında iki həftəlik atəşkəs razılaşması #İranın nüvə proqramı haqqında ABŞ-ın yeni tələbləri 2026 #İslamabadda ABŞ-İran görüşünün əsas gündəlik mövzuları #Hürmüz boğazında təhlükəsizlik və dünya iqtisadiyyatına təsiri #Donald Trampın İranla sülh üçün irəli sürdüyü şərtlər

Mövzu üzrə digər xəbərlər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
ArabAZ analitika: Geosiyasi təhlillər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari

8 Sentyabr 16:26
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?

7 Sentyabr 09:00
Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı
ArabAZ analitika: Geosiyasi təhlillər

Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı

7 Sentyabr 09:00

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.