Türkiyə ABŞ-İran atəşkəsinin qorunmasını əsas prioritet sayır
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara üçün əsas prioritet ABŞ və İran arasında əldə olunmuş atəşkəsin qorunmasıdır. Onun sözlərinə görə, müharibənin yenidən başlaması həm qlobal iqtisadiyyata, həm də enerji təhlükəsizliyinə ciddi zərər vura bilər.
Cey Di Vens danışıqlar üçün Pakistana gedib
ABŞ Prezidenti Donald Trampın müavini Cey Di Vensin (J.D. Vance) rəhbərlik etdiyi nümayəndə heyəti İran tərəfi ilə atəşkəs danışıqlarında iştirak etmək üçün Pakistanın paytaxtı İslamabada yola düşüb.