İsrail mətbuatı SDQ-nin inteqrasiyasına necə reaksiya verdi?
Suriyada YPG/SDQ-nin silahlı qüvvələrini ləğv edərək Suriya ordusuna inteqrasiya qərarı İsrail mətbuatında Türkiyə üçün böyük diplomatik və hərbi uğur kimi qiymətləndirilib. İsrailin “Maariv” qəzetində yayımlanan təhlildə Prezident Rəcəb Tayyib Ərdoğanın Suriya istiqamətində həyata keçirdiyi siyasətin Ankara üçün mühüm nəticələr doğurduğu bildirilib. Təhlildə YPG/SDQ-nin muxtariyyət iddialarından geri çəkilərək silahlı qüvvələrinin Suriya ordusuna daxil edilməsinə razılaşması Türkiyənin bölgədəki təsirinin göstəricisi kimi təqdim olunub.
Səudiyyə Ərəbistanı SDQ-nin Suriya ordusuna inteqrasiyasını dəstəklədi
Səudiyyə Ərəbistanı Suriya Demokratik Qüvvələrinin (SDF) ölkənin hərbi təsisatlarına inteqrasiyasını alqışlayıb. Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bu addımın Suriyada vətəndaşların təhlükəsizliyinin və sabitliyin təmin olunmasına töhfə verəcəyi bildirilib. Nazirlik Suriya hökumətinin ölkə xalqının istəklərini həyata keçirmək, milli birliyi gücləndirmək və inkişaf prosesini irəli aparmaq istiqamətində atdığı addımlara dəstəyi təsdiqləyib.
ABŞ SDQ-nin buraxılmasını tarixi hadisə adlandırdı
ABŞ-ın Ankaradakı səfiri və Suriya-İraq üzrə xüsusi nümayəndəsi Tom Barrak SDQ/YPG-nin özünü buraxaraq Suriya ordusuna inteqrasiya olunduğunu elan etməsini “tarixi hadisə” adlandırıb. Barrak bildirib ki, Suriya vahid dövlət modelinə doğru irəliləyir. Onun sözlərinə görə, SDQ-nin Suriya dövlət institutlarına nizamlı şəkildə inteqrasiyası keçmişdəki parçalanmanı tərəfdaşlığa çevirib.
YPG-SDG-nin ləğvi ilə bağlı tarix açıqlandı
Suriyada YPG-SDG ilə bağlı mühüm açıqlama verilib. PYD-SDG-nin Ayn əl-Ərəb (Kobani) üzrə məsul şəxsi Mahmud Berhudan Suriya hökuməti və ordusu ilə inteqrasiya prosesində problemlərin 99 faizinin aradan qaldırıldığını bildirib. Berhudan qarşıdakı bir neçə gün ərzində YPG-SDG-nin ləğvinin elan ediləcəyini və muxtar idarəetmə strukturunun da aradan qaldırılacağını deyib.
Suriya ordusu səfərbərlik elan etdi
Suriya ordusunun İraq sərhədində tam səfərbərlik elan etdiyi və məzuniyyətdə olan bütün hərbçilərin təcili şəkildə xidmət yerlərinə qayıtması barədə göstəriş verildiyi bildirilir. Yerli KİV-in məlumatına görə, sərhəd bölgəsinə əlavə hərbi qüvvələr və zirehli texnikanın göndərilməsinə başlanılıb. (Reddit)
İran Livandan imtina edir- Əsəddiz Suriya sonrası silahsız Hizbullah
Livan və İsrail arasında danışıqların aparılması ilk dəfə baş verən hadisə deyil. Lakin hər dəfə bu mövzu gündəmə gələndə fərqli daxili və regional balansları əks etdirir. 2026-cı il danışıqlarının konteksti 1982 və 1983-cü illərdən köklü şəkildə fərqlənir.Hazırkı danışıqlarla 42 il əvvəlki danışıqlar arasında hansı fərq var? 1982-ci ildə İsrail ordusu Livanı Beyruta qədər işğal etmişdi. Fələstin Azadlıq Təşkilatı (FAT) ölkədən çıxarılmış, lakin 1976-cı ildə daxil olan Suriya ordusu orada qalmışdı. Tehranın qərarı və Dəməşqin yardımı ilə 1982-ci ilin iyununda əsası qoyulan "Hizbullah"ın o zaman böyük bir rolu yox idi. Bəzi qüvvələrə elə gəlirdi ki, güc balansı yeni bir siyasi kursa imkan verir. İsrail rəhbərliyi, Menahem Begin və Ariel Şaron 1982-ci ildə seçilmiş prezident Bəşir Cəmayıl ilə sülh sazişinin imzalanması üçün gizli əlaqə kanalları açmışdılar.
ABŞ Suriyadakı Kasrek hərbi bazasından geri çəkildi
Məlumata əsasən, beynəlxalq koalisiya qüvvələrinin bölgədən çıxmasından sonra Suriya ordusu bölmələri bazaya daxil olaraq nəzarəti ələ alıb. Qeyd olunub ki, yerli mənbələrin məlumatına görə, ABŞ qüvvələrinin çıxmasından sonra YPG-yə bağlı silahlı qruplar bazadakı bəzi texnikaları yandırıb.