Hira Mədəniyyət Məhəlləsində XVIII əsrə aid Quran əlyazması nümayiş olunur
Məkkə şəhərində yerləşən Hira Mədəniyyət Məhəlləsindəki Müqəddəs Quran Muzeyində XVIII əsrə aid olan nadir Müqəddəs Quran əlyazması nümayiş etdirilir. Bu barədə xəbəri Səudiyyə Mətbuat Agentliyi (SPA) yayıb. Sərgilənən əlyazma dövrün Müqəddəs Quranın yazılmasına və bəzədilməsinə göstərilən titiz qayğını, habelə İslam xəttatlığının və nəqqaşlığının incəliyini, gözəlliyini və dəqiqliyini özündə əks etdirir.
Həcc ziyarətinin ən dəhşətli faciələrindən biri necə baş verdi?
Səudiyyə Ərəbistanının Məkkə şəhərində həcc ziyarəti zamanı baş verən izdiham nəticəsində minlərlə insan həyatını itirib
Kəbənin örtüsü Həcc mövsümünə hazırlıq çərçivəsində 3 metr yuxarı qaldırılıb
Səudiyyə Ərəbistanında Həcc mövsümünə hazırlıq işləri çərçivəsində Kəbənin örtüsünün aşağı hissəsi 3 metr yuxarı qaldırılıb. Məlumata görə, “Məscidül-Həram və Məscidün-Nəbəvi İşləri Baş İdarəsi” tərəfindən həyata keçirilən əməliyyat zamanı Kəbənin örtüsünün alt hissələri sökülüb, künc hissələri ayrılıb və daha sonra 3 metr hündürlüyə qaldırılaraq sabitlənib.