İran hava məkanı ilə bağlı məhdudiyyətləri ləğv edib
İran hökuməti ölkədə tətbiq olunan uçuş məhdudiyyətlərini ləğv edərək hava nəqliyyatı fəaliyyətinin yenidən normal rejimə qaytarıldığını açıqlayıb. İranın Mülki Aviasiya Təşkilatının nümayəndəsi Əbuzər Şirudinin sözlərinə görə, təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsi və aidiyyəti qurumlarla koordinasiya başa çatdıqdan sonra bu qərar qəbul olunub. Son günlər hərbi gərginlik səbəbindən daxili uçuşlar dayandırılmış və hava məkanının bir hissəsi bağlanmışdı. Yeni qərar mülki aviasiya fəaliyyətinin bərpasına imkan yaradır. Bununla yanaşı, İran rəsmiləri təhlükəsizlik tədbirlərinin davam etdiyini və vəziyyətin nəzarətdə saxlanıldığını bildirirlər. Aviasiya sektorunda normal fəaliyyətin mərhələli şəkildə bərpa olunacağı gözlənilir.
İranın qərb hava məkanı müvəqqəti bağlanıb
İranda bütün daxili uçuşların dayandırılması və ölkənin qərb hissəsində yerləşən hava məkanının bağlanması bölgədə artan təhlükəsizlik narahatlıqlarının yeni göstəricisi kimi qiymətləndirilir. Son günlər baş verən hərbi hadisələr və müxtəlif şəhərlərdə qeydə alınan partlayışlardan sonra aviasiya sahəsində əlavə təhlükəsizlik tədbirləri tətbiq olunub. Rəsmi məlumatlara görə, bütün daxili reyslər növbəti bildirişədək ləğv edilib və qərb istiqamətində hava hərəkətinə məhdudiyyət qoyulub. Hələlik məhdudiyyətlərin nə qədər davam edəcəyi açıqlanmayıb. İran hakimiyyəti vəziyyəti izlədiyini və hava nəqliyyatı ilə bağlı növbəti qərarların təhlükəsizlik qiymətləndirmələri əsasında veriləcəyini bildirir.
Almaniya XIN:Hər iki Körfəz ölkəsinə səfərlər risklidir
Almaniya Xarici İşlər Nazirliyi Bəhreyn və Küveytə səfərlərə qarşı xəbərdarlıq edib. Nazirlik hazırkı regional gərginliyi “çox qeyri-sabit” qiymətləndirir və hər iki ölkəyə səfərdən çəkilməyi tövsiyə edir. İranın raket və pilotsuz uçuş aparatları ilə hədəfləmə riski, hava nəqliyyatına məhdudiyyətlər və silahlı qarşıdurmaların yenidən alovlanma ehtimalı Almaniyanın səyahət məsləhətinin əsas səbəbləri kimi göstərilib.
AZAL-ın Naxçıvan reysləri ləğv edilib
AZAL müvəqqəti olaraq Naxçıvan reyslərini ləğv edib. Sərnişinlərə alternativ uçuş və bilet dəyişdirmə imkanları təqdim olunur, ətraflı məlumat AZAL-ın rəsmi saytında mövcuddur.
Spirit Airlines çökür: ABŞ-ın nəhəng aviaşirkəti bu gün ifalasını elan edəcək
Amerikanın "Spirit Airlines" hava yolları şirkəti hökumətdən dəstək ala bilmədiyi üçün bu gün öz əməliyyatlarını dayandırmağa hazırlaşır. Agentlik əlavə edib ki, şirkət İran müharibəsi səbəbindən təyyarə yanacağı qiymətlərinin kəskin artması nəticəsində son iki ildən az müddətdə artıq ikinci dəfə iflas prosedurları ilə üzləşib.