Silivridə başlayan yanğın geniş əraziyə yayılıb, bəzi evlər təxliyə edilib
Türkiyənin İstanbul şəhərinin Silivri rayonunda əkin sahəsində başlayan yanğın küləyin təsiri ilə qısa müddətdə geniş əraziyə yayılıb. Güclü küləyin təsiri ilə sürətlə yayılan yanğınla əlaqədar İstanbulun müxtəlif ərazilərindən çoxsaylı yanğınsöndürmə briqadaları hadisə yerinə cəlb olunub. Alovların yaşayış məntəqələrinə yaxınlaşması səbəbindən ehtiyat tədbiri olaraq bəzi evlərin sakinlərinin təxliyə edildiyi bildirilib.
Türkiyədən xaricə qaçmağa hazırlaşan FETÖ şübhəliləri saxlanılıb
Türkiyənin Ədirnə vilayətinin Keşan rayonunda ölkədən qanunsuz yollarla çıxmağa hazırlaşdığı bildirilən FETÖ ilə əlaqədə şübhəli bilinən üç nəfər saxlanılıb. Avtomobildə sürücü F.K., narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunduğuna görə ölkədən çıxışına qadağa qoyulan S.İ., həmçinin FETÖ ilə əlaqədə şübhəli bilinən E.T., Z.T.E. və S.T. aşkarlanaraq saxlanılıblar.
Ədirnədə meşə yanğınları ilə mübarizə davam edir
Böyükevren kəndində naməlum səbəbdən başlayan yanğın küləyin təsiri ilə Gülçavuş kəndinə doğru yayılıb. Hadisə yerinə Meşə Əməliyyat Müdirliyi, AFAD, İl Xüsusi İdarəsi, yanğınsöndürmə briqadaları və hava vasitələri cəlb olunub. Gün batana qədər havadan və qurudan söndürmə işləri aparılıb, gecə saatlarında isə mübarizə qurudan davam etdirilib.
Türkiyənin Ədirnə və Konya şəhərlərində yanğın baş verib
Türkiyənin Ədirnə və Konya şəhərlərində yanğın baş verib.
Türkiyədə beş FETÖ şübhəlisi qaçarkən saxlanılıb
Türkiyənin Ədirnə vilayətində xaricə qaçmağa cəhd edən 5 FETÖ üzvü polis tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.