İsrail naziri Flotiliya fəallarının videolarını paylaşıb
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvir Qəzzaya gedən flotiliya ilə bağlı saxlanılan fəalların əl bağlanmış və diz çökdürülmüş vəziyyətdə görüntülərini yayıb. Yayımlanan görüntülərdə saxlanılan şəxslərin hərbi gəminin göyərtəsində diz çökdürüldüyü, əllərinin arxadan bağlı olduğu və başlarının yerə əyildiyi görünür. Video “İsrailə xoş gəlmisiniz” yazısı ilə təqdim olunub.
İrlandiya Prezidentinin bacısı İsrail tərəfindən saxlanılanlar arasındadır
İrlandiya Prezidentinin bacısı Marqaret Konnolli Qəzzaya gedən “Global Sumud Flotilla”sında iştirak edərkən İsrail tərəfindən qanunsuz şəkildə həbs olunub. Videogörüntülərdə onun qayığının ələ keçirildiyi və saxlanıldığı təsdiqlənir.