İnsanın özünün tarixə çevrildiyini izləməsi qəribə hissdir - Angela Merkel
Almaniyanın sabiq kansleri Angela Merkel Berlində yerləşən Bode Muzeyində onun üçün hazırlanmış rəsmi portretin təqdimat mərasimində iştirak edib. Fransa-Almaniya rəssamı Jeremi Keyrasın müəllifi olduğu əsərin açılışı ilə Merkelin portreti Almaniya kanslerlərinin rəsmi portretləri sırasına daxil edilib və gələcəkdə Kansler Aparatının binasında əvvəlki kanslerlərin portretləri ilə birlikdə nümayiş olunacaq.
Bu gün Almaniya Federativ Respublikası yaradıldı
İkinci Dünya müharibəsindən sonra Almaniya qalib dövlətlər arasında dörd işğal zonasına bölünmüşdü.