5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İnsanın özünün tarixə çevrildiyini izləməsi qəribə hissdir - Angela Merkel

Almaniyanın sabiq kansleri Angela Merkel Berlində yerləşən Bode Muzeyində onun üçün hazırlanmış rəsmi portretin təqdimat mərasimində iştirak edib. Fransa-Almaniya rəssamı Jeremi Keyrasın müəllifi olduğu əsərin açılışı ilə Merkelin portreti Almaniya kanslerlərinin rəsmi portretləri sırasına daxil edilib və gələcəkdə Kansler Aparatının binasında əvvəlki kanslerlərin portretləri ilə birlikdə nümayiş olunacaq.

1 İyul 2026 11:18
İnsanın özünün tarixə çevrildiyini izləməsi qəribə hissdir - Angela Merkel

BAKI,VOA Orxan Qədirzadə

Almaniyanın sabiq kansleri Angela Merkel Berlində yerləşən Bode Muzeyində onun üçün hazırlanmış rəsmi portretin təqdimat mərasimində iştirak edib. Fransa-Almaniya rəssamı Jeremi Keyrasın müəllifi olduğu əsərin açılışı ilə Merkelin portreti Almaniya kanslerlərinin rəsmi portretləri sırasına daxil edilib və gələcəkdə Kansler Aparatının binasında əvvəlki kanslerlərin portretləri ilə birlikdə nümayiş olunacaq.

Portretin təqdimatı Merkelin siyasi fəaliyyətinin yenidən geniş müzakirə olunduğu dövrə təsadüf edir. Sabiq kansler Rusiyaya qarşı uzun illər yumşaq siyasət yürütməkdə, həmçinin miqrasiya böhranı zamanı tətbiq etdiyi "açıq qapı" siyasəti səbəbindən ölkədə siyasi və ictimai gərginliyin yaranmasına şərait yaratmaqda ittiham olunur.

Angela Merkel Almaniyaya 16 il rəhbərlik edib və bu müddət ərzində sakit, təmkinli və rasional idarəçilik üslubu ilə tanınıb.

Portretdə Merkel onun siyasi fəaliyyətinin simvollarından birinə çevrilmiş məşhur pencəklərindən birini geyinmiş vəziyyətdə təsvir olunub.

Məlumata görə, rəssam Jeremi Keyras bu əsəri hazırlamaq üçün aylarla Merkelin qarşısında işləyib. Portret Berlində bu məqsədlə xüsusi ayrılmış emalatxanada ərsəyə gətirilib.

Angela Merkel ötən həftə verdiyi açıqlamada bu proseslə bağlı maraqlı fikirlər səsləndirib.

Hazırda 71 yaşı olan sabiq kansler bildirib ki, insanın özünün tədricən tarixin bir hissəsinə çevrildiyini izləməsi olduqca qəribə hissdir.

"Daha sonra isə mən sadəcə orada asılmış bir tablo olacağam", – deyə Angela Merkel qeyd edib.

Məqalədə: #Berlin #Angela Merkel #Almaniya tarixi #Angela Merkel portreti #Almaniyanın sabiq kansleri #Bode Muzeyi #Fransa-Almaniya rəssamı #Merkelin siyasi fəaliyyəti #Almaniya siyasəti

Mövzu üzrə digər xəbərlər

AfD əyalət seçkilərini Almaniyada hakimiyyətə yol kimi görür
Digər Dövlətlər

AfD əyalət seçkilərini Almaniyada hakimiyyətə yol kimi görür

24 Avqust 09:45
Almaniya XİN rəhbəri Kiyevə gedib
Digər Dövlətlər

Almaniya XİN rəhbəri Kiyevə gedib

22 Avqust 11:27
Almaniya İsrailin İordan çayının qərb sahilində mindən çox ev tikmək planını pisləyib
Digər Dövlətlər

Almaniya İsrailin İordan çayının qərb sahilində mindən çox ev tikmək planını pisləyib

19 Avqust 21:42
Almaniya kansleri Ben-Qvirin Qəzza ilə bağlı fikirlərini “qeyri-insani” adlandırıb
Digər Dövlətlər

Almaniya kansleri Ben-Qvirin Qəzza ilə bağlı fikirlərini “qeyri-insani” adlandırıb

19 Avqust 17:20

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.