Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
Suriya jurnalistlərin informasiya əldə etmək hüququnu təmin edən və media ilə bağlı pozuntulara görə həbs cəzasını ləğv edən yeni media qanununun layihəsini hazırlayıb.
Tramp administrasiyası "The New York Times"ın jurnalistlərini ifadə verməyə çağırıb
ABŞ Ədliyyə Nazirliyi "The New York Times" qəzetinin bir neçə jurnalistini ifadə verməyə çağırıb. Məsələ Donald Tramp üçün Qətərin hədiyyə etdiyi yeni prezident təyyarəsi barədə dərc olunan materialla bağlıdır. Çağırış sənədləri federal böyük münsiflər heyəti qarşısında ifadə verməyi nəzərdə tutur. Qəzet bunu müstəqil mediaya təzyiq kimi qiymətləndirib. Ədliyyə Nazirliyi isə məqsədin məxfi məlumatların sızdırılmasını araşdırmaq olduğunu bildirib. Ağ ev məsələ ilə bağlı şərh verməyib. Mətbuat təşkilatları bu addımı söz azadlığına təhlükə adlandırıblar. Hadisə ABŞ-də media azadlığı ilə bağlı yeni müzakirələrə səbəb olub.
Qəzzalı jurnalistlər beynəlxalq mükafata layiq görüldü: “Qızıl Qələm” onlara veriləcək
Dünya Xəbər Nəşriyyatçıları Assosiasiyası 2026-cı ilin “Qızıl Qələm Azadlıq Mükafatı”nı Qəzzada fəaliyyət göstərən jurnalistlərə təqdim edəcəyini açıqlayıb. Təşkilat bildirib ki, media nümayəndələri son iki ildən artıq müddətdə son dərəcə ağır şəraitdə hadisələri sənədləşdirməyə və dünya ictimaiyyətinə çatdırmağa davam ediblər. Mükafat həm fəaliyyətini davam etdirən jurnalistlərin peşəkar fəaliyyətinə verilən qiymət, həm də münaqişə zamanı həyatını itirən və yaralanan media əməkdaşlarının xatirəsinə ehtiram kimi təqdim olunur. Mərasimin Fransanın Marsel şəhərində keçirilməsi planlaşdırılır.