ABŞ Maliyyə naziri: dondurulmuş İran vəsaitləri ABŞ məhsullarına yönləndiriləcək
ABŞ Maliyyə naziri Skott Bessent dondurulmuş İran vəsaitlərinin ABŞ ərzaq və dərman məhsullarının alınmasına yönləndiriləcəyini bildirib. O, prosesin ABŞ Maliyyə Nazirliyinin nəzarəti altında həyata keçiriləcəyini deyib. Bessent vəsaitlərin Qətər vasitəsilə idarə oluna biləcəyini qeyd edib. İran tərəfi isə belə öhdəlikləri qəbul etmədiyini bildirir. Açıqlama ABŞ–İran maliyyə danışıqları fonunda verilib.
İsrail hərbi sənayedə ilk dəfə xarici işçi qüvvəsinə müraciət edib
İsrail son illərdə müdafiə sənayesində artan istehsal tələbatını qarşılamaq məqsədilə ilk dəfə olaraq xarici işçi qüvvəsinin cəlb edilməsinə qərar verib. Yerli mediada yayılan məlumatlara görə, bu addım hərbi sənaye müəssisələrində yaranmış kadr çatışmazlığını aradan qaldırmağa yönəlib.