Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
Livan Prezidenti Cozef Aun İsrailin hücumlarının ABŞ-nin vasitəçiliyi ilə əldə olunan razılaşmanı və gərginliyin azaldılması səylərini pozduğunu bildirib.
Livan prezidenti BMT qüvvələrinin ölkənin cənubunda qalmasını dəstəklədi
Livan prezidenti Cozef Aun BMT qüvvələrinin ölkənin cənubunda fəaliyyətinin davam etdirilməsini dəstəkləyib. O, beynəlxalq qüvvələrin mandatının uzadılması ilə bağlı parlament təşəbbüsünü müsbət qiymətləndirib. Aun bildirib ki, BMT qüvvələrinin Cənubi Livanda mövcudluğu bölgədə sabitliyin qorunması baxımından mühümdür. Onun sözlərinə görə, beynəlxalq qüvvələr Livan ordusu ilə əməkdaşlıq və koordinasiya şəraitində fəaliyyət göstərməlidir. Prezident mandatın uzadılmasını Livanın əsas seçimi kimi təqdim edib. Əgər mandat uzadılmasa, beynəlxalq qüvvələrin bölgədə fəaliyyətini davam etdirməsini təmin edən hüquqi mexanizmin qəbul edilməsi təklif olunur. Aun İsrailin BMT qüvvələrinin Livandan çıxarılmasını istədiyini bildirib. Livan isə beynəlxalq qüvvələrin ölkənin cənubunda fəaliyyətini davam etdirməsinə tərəfdardır.
Fransa niyə Livanın gələcəyinə bu qədər önəm verir?
Fransa Livanda davam edən böhran fonunda ölkədəki siyasi və diplomatik təsirini qorumağa çalışır. Paris həm ABŞ-ın bölgədə artan rolunu balanslaşdırmaq, həm də tarixi və strateji maraqlarını müdafiə etmək məqsədilə Livan məsələsində fəallığını artırır. Livandakı təhlükəsizlik vəziyyətinin pisləşməsi və beynəlxalq qüvvələrin gələcəyi ilə bağlı qeyri-müəyyənlik Fransanın regiona marağını daha da artırıb.