Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
25 illik zaman kəsiyində bir çox amerikalı rəsmi və ekspert etiraf edir ki, Vaşinqtonun Əfqanıstana arxa çevirməsi və Məsudu tək buraxması müasir tarixin ən böyük strateji səhvi olmuşdur.
Müstəmləkə tələsindən regional imperiyaya: Tehranın yüksəlişində bin Laden və Buş faktoru
Yaxın Şərq əhalisinin böyük əksəriyyəti simvolik olsa da eyni gündə, eyni vaxtda dünyaya gəlib. Onlar fərqinə varmırlar ki, həmin il öz ölkələrinin sabitliyinə, bu gününə və gələcəyinə olduqca baha başa gələn silinməz izlər qoyub. Həmin il elə fırtınalar, müharibələr və liderlər doğurdu ki, onların xəyalları və yaratdıqları təhlükələr boy göstərdikləri coğrafi xəritələrin sərhədlərini aşdı. Hətta bəzi ekspertlər hesab edirlər ki, həmin tarixlə ABŞ-İsrail ittifaqının İrana və onun raket arsenalına qarşı apardığı müharibədən sonra bu gün Hörmüz boğazında yaşananlar arasında birbaşa və qırılmaz bir bağ mövcuddur. Söhbət, ondan sonra gələn heç bir ilin öz əhəmiyyəti və ya təhlükəliliyi baxımından onunla rəqabət apara bilmədiyi 1974-cü ildən bəhs edirik.