Türkiyədə PKK ilə bağlı yenilik - PKK rəhbərləri Türkiyəyə girə bilməyəcək
Türkiyədə həyata keçirilməsi planlaşdırılan "Terrorsuz Türkiyə" təşəbbüsü çərçivəsində hazırlanacaq qanun layihəsində PKK-nın yüksək səviyyəli rəhbərlərinin statusu ilə bağlı yeni yanaşmanın nəzərdə tutulduğu iddia edilir. Türkiyə mətbuatının yaydığı məlumata görə, qanunvericilik dəyişiklikləri mərhələli şəkildə həyata keçiriləcək və ilkin mərhələdə silahlı fəaliyyətlərdə iştirak etməyən, əlavə cinayət törətməyən və hazırda cəzaçəkmə müəssisələrində olan PKK üzvləri ilə bağlı hüquqi tənzimləmələr gündəmə gətiriləcək.
Bylock necə deşifrə edildi? MİT-in gizli əməliyyatının detalları və 15 iyul çevriliş cəhdinə gedən yol
15 iyul çevriliş cəhdinə aparan prosesdə mühüm rol oynayan rəqəmsal platformalardan biri Bylock olub. İlk baxışda adi mobil mesajlaşma proqramını xatırladan bu tətbiq əslində terror təşkilatı FETÖ üzvlərinin qapalı və şifrələnmiş rabitə şəbəkəsi kimi fəaliyyət göstərib.
MİT Türkiyədə MOSSAD casuslarını zərərsizləşdirib
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İsrailin kəşfiyyat xidməti MOSSAD-a bağlı casusluq fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı İstanbulda genişmiqyaslı əməliyyat həyata keçirib. İstanbul Respublika Baş Prokurorluğu və İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi ilə birgə keçirilən “MONİTUM” əməliyyatı çərçivəsində MOSSAD adına casusluq fəaliyyəti göstərdiyi müəyyən edilən Mehmet Budak Derya və Veysel Kerimoğlu saxlanılıb.
MİT İranın casus şəbəkəsini zərərsizləşdirib
Türkiyədə Milli Kəşfiyyat Təşkilatı (MİT) və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi əməliyyat nəticəsində İran kəşfiyyat strukturları ilə əlaqədə şübhəli bilinən casus şəbəkəsi ifşa edilib. İstintaq materiallarına əsasən, saxlanılan şəxslərin İran İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat strukturları ilə birbaşa əlaqədə olduqları müəyyən edilib. Onların Türkiyə ərazisində yerləşən hərbi obyektlər, strateji əhəmiyyətli bölgələr, eləcə də ölkə hüdudlarından kənarda yerləşən kritik nöqtələr barədə məlumat topladıqları və bu informasiyaları İran kəşfiyyatına ötürdükləri aşkar olunub.
İŞİD-in intihar aktı üçün hazırladığı terrorist saxlanılıb - MİT
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində İŞİD terror təşkilatının intihar aktı törətmək üçün tapşırıq verdiyi Mehmet Gören Əfqanıstan–Pakistan bölgəsində saxlanılaraq Türkiyəyə gətirilib. MİT-in apardığı kəşfiyyat tədbirləri çərçivəsində Əfqanıstan–Pakistan bölgəsində İŞİD-in tərkibində fəaliyyət göstərən türk mənşəli şəxsin olduğu müəyyən edilib. Araşdırmalar zamanı məlum olub ki, sözügedən şəxs İŞİD-ə məxsus düşərgələrdə aktiv fəaliyyət göstərib və zamanla təşkilat daxilində rəhbər vəzifəyə qədər yüksəlib.