8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Bylock necə deşifrə edildi? MİT-in gizli əməliyyatının detalları və 15 iyul çevriliş cəhdinə gedən yol

15 iyul çevriliş cəhdinə aparan prosesdə mühüm rol oynayan rəqəmsal platformalardan biri Bylock olub. İlk baxışda adi mobil mesajlaşma proqramını xatırladan bu tətbiq əslində terror təşkilatı FETÖ üzvlərinin qapalı və şifrələnmiş rabitə şəbəkəsi kimi fəaliyyət göstərib.

15 İyul 2026 09:00
Bylock necə deşifrə edildi? MİT-in gizli əməliyyatının detalları və 15 iyul çevriliş cəhdinə gedən yol

BAKI,VOA Orxan Qədirzadə

15 iyul çevriliş cəhdinə aparan prosesdə mühüm rol oynayan rəqəmsal platformalardan biri Bylock olub. İlk baxışda adi mobil mesajlaşma proqramını xatırladan bu tətbiq əslində terror təşkilatı FETÖ üzvlərinin qapalı və şifrələnmiş rabitə şəbəkəsi kimi fəaliyyət göstərib.

Bylock FETÖ üzvlərinin istifadə etdiyi kriptolu mobil rabitə tətbiqi idi. Platforma vasitəsilə istifadəçilər yazılı mesajlaşa, səsli danışıq həyata keçirə, qrup söhbətləri yarada və müxtəlif faylları paylaşa bilirdilər.

Lakin tətbiqi digər mesajlaşma proqramlarından fərqləndirən əsas xüsusiyyət təqdim etdiyi funksiyalar deyil, istifadəçilərin bir-biri ilə əlaqə qurma üsulu idi.

Bylock sistemində istifadəçiləri telefon nömrəsi və ya ad-soyad vasitəsilə axtarmaq mümkün deyildi. Əlaqə yalnız xüsusi istifadəçi kodu əsasında qurulurdu. İki tərəf qarşılıqlı şəkildə bir-birini əlavə etmədiyi halda ünsiyyət başlaya bilmirdi.

Bu səbəbdən Bylock geniş istifadəçi auditoriyası üçün deyil, məhdud, qapalı və tam nəzarət olunan rabitə şəbəkəsi kimi hazırlanmışdı.

Sistemdə aparılan yazışmaların müəyyən müddətdən sonra avtomatik silinməsi funksiyası da diqqət çəkən xüsusiyyətlərdən biri idi. Bununla da Bylock yalnız qapalı rabitə platforması deyil, eyni zamanda rəqəmsal iz buraxmamaq prinsipi ilə qurulmuş sistem kimi fəaliyyət göstərirdi.

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) FETÖ sıralarına yerləşdirilmiş agentləri vasitəsilə 2014-cü ildə Bylock platformasını müəyyən edib.

Bundan sonra əsas məqsəd proqramın mərkəzi serverinə çıxış əldə etmək, məlumat bazasını ələ keçirmək və qapalı rabitə şəbəkəsinin tam xəritəsini hazırlamaq olub.

Araşdırmalar serverlərin Litvada yerləşdiyini göstərib.

Mərkəzi server "Baltic Service" adlı şirkətdə yerləşirdi və sistem anonim ödəniş üsulları ilə icarəyə götürülmüş doqquz ayrı IP ünvanı üzərindən fəaliyyət göstərirdi.

Əməliyyat çərçivəsində MİT-in nəzdində xüsusi kibertəhlükəsizlik qrupu yaradılıb.

Komandaya məlumat bazası mütəxəssisləri, kriptoanalitiklər, şəbəkə ekspertləri, "ağ şlyapalı" hakerlər və əks mühəndislik üzrə mütəxəssislər cəlb olunub.

2015-ci ilin avqustunda sistemə qarşı ilk kiberhücum həyata keçirilib. Bu mərhələdə proqramın zəif nöqtələri və təhlükəsizlik divarının davamlılığı yoxlanılıb.

2015-ci ilin noyabrında təhlükəsizlik divarı aşılmasına baxmayaraq, məlumat axınındakı qeyri-adi fəaliyyət müəyyən edildiyi üçün sistem müvəqqəti bağlanıb.

Bununla belə, əsas əməliyyat üçün zəruri imkan əldə olunmuşdu.

2015-ci il dekabrın 25-də təhlükəsizlik divarı tam şəkildə keçilib.

Əməliyyat zamanı şirkətin elektron poçt hesabına daxil olunub və təşkilat rəhbərlərinin proqram təminatı üzrə mütəxəssisə serverdə problem olmadığı barədə saxta məktublar göndərilib.

Serverdə yaradılmış xüsusi giriş nöqtəsi vasitəsilə məlumatlar mərhələli şəkildə Ankaraya ötürülməyə başlanıb.

MİT məlumatların daha sürətli əldə olunması üçün Litvada fəaliyyət göstərən məlumat təhlükəsizliyi üzrə mütəxəssisin kompüterinə xüsusi hazırlanmış şəkillər vasitəsilə də sızma həyata keçirib.

Beləliklə, milyonlarla məlumat sistem tərəfindən hiss edilmədən çıxarılıb.

Əldə edilən məlumat bazası FETÖ-nün gizli rabitə şəbəkəsinin miqyasını ortaya çıxarıb.

Əməliyyat nəticəsində 215 min 92 nəfərə aid məlumat bazası, 17 milyondan çox mesaj, təxminən 4,7 milyon elektron məktub və 111 min 637 telefon nömrəsi deşifrə olunub.

Bu məlumatlar FETÖ-nün məxfi təşkilatlanma modelini və rabitə mexanizmini ətraflı şəkildə üzə çıxarıb.

Məlumatlar təhlil edildikdən sonra istifadəçilər fəaliyyət intensivliyi və müəyyən edilmə səviyyəsinə uyğun olaraq qırmızı, narıncı və mavi kateqoriyalar üzrə qruplaşdırılıb.

Bu təsnifat vasitəsilə təşkilat daxilində şəxslərin mövqeyi və əlaqələrinin səviyyəsi daha dəqiq müəyyənləşdirilib.

Araşdırmalar nəticəsində Türkiyənin 81 vilayətində və müxtəlif ölkələrdə fəaliyyət göstərən ümumilikdə 160 imam müəyyən edilib.

15 iyul çevriliş cəhdindən cəmi üç gün əvvəl Bylock yazışmalarının təhlili nəticəsində Türkiyə Silahlı Qüvvələrinə sızmış 600 FETÖ üzvünün kimliyi müəyyən olunaraq Baş Qərargaha təqdim edilib.

Bildirilir ki, bu məlumatların əldə olunması təşkilat daxilində təzyiqi artırıb və çevriliş planının daha tez həyata keçirilməsinə səbəb olub.

Sonrakı məhkəmə proseslərində Bylock məlumatları əsas sübutlardan biri kimi istifadə edilib.

İstintaq materiallarına əsasən, Bylock fayllarının açılması yalnız mesajların məzmununu üzə çıxarmayıb, eyni zamanda qapalı sistemin işləmə prinsipi, istifadəçilər arasındakı əlaqələr və təşkilatın daxili iyerarxiyası barədə geniş rəqəmsal izlərin müəyyən edilməsinə imkan verib.

Məqalədə: #kibertəhlükəsizlik #Türkiyə Milli Kəşfiyyat Təşkilatı #FETÖ-nün gizli strukturu #FETÖ/PDY silahlı terror təşkilatı #Türkiyədə FETÖ ilə mübarizə #ByLock #ByLock tətbiqi #təhlükəsiz mesajlaşma #kriptolu mesajlaşma #15 iyul çevriliş cəhdi

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57

Son Xəbərlər

Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
14:27
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
14:23
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
14:09
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
12:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.