15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

İŞİD-in intihar aktı üçün hazırladığı terrorist saxlanılıb - MİT

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində İŞİD terror təşkilatının intihar aktı törətmək üçün tapşırıq verdiyi Mehmet Gören Əfqanıstan–Pakistan bölgəsində saxlanılaraq Türkiyəyə gətirilib. MİT-in apardığı kəşfiyyat tədbirləri çərçivəsində Əfqanıstan–Pakistan bölgəsində İŞİD-in tərkibində fəaliyyət göstərən türk mənşəli şəxsin olduğu müəyyən edilib. Araşdırmalar zamanı məlum olub ki, sözügedən şəxs İŞİD-ə məxsus düşərgələrdə aktiv fəaliyyət göstərib və zamanla təşkilat daxilində rəhbər vəzifəyə qədər yüksəlib.

22 Dekabr 2025 19:16
İŞİD-in intihar aktı üçün hazırladığı terrorist saxlanılıb - MİT

BAKI, AzerVoice, Orxan Qədirzadə

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində İŞİD terror təşkilatının intihar aktı törətmək üçün tapşırıq verdiyi Mehmet Gören Əfqanıstan–Pakistan bölgəsində saxlanılaraq Türkiyəyə gətirilib.

AzerVoice-un məlumatına görə, MİT-in apardığı kəşfiyyat tədbirləri çərçivəsində Əfqanıstan–Pakistan bölgəsində İŞİD-in tərkibində fəaliyyət göstərən türk mənşəli şəxsin olduğu müəyyən edilib. Araşdırmalar zamanı məlum olub ki, sözügedən şəxs İŞİD-ə məxsus düşərgələrdə aktiv fəaliyyət göstərib və zamanla təşkilat daxilində rəhbər vəzifəyə qədər yüksəlib.

Müəyyən edilib ki, “Yahya” kod adlı Mehmet Gören əvvəllər Türkiyədən Əfqanıstan–Pakistan bölgəsinə terror təşkilatı üzvlərinin ötürülməsində fəal rol oynayan və “Abu Yasir Al Turki” kod adlı Özgür Altunla birgə fəaliyyət göstərib. Qeyd edək ki, Özgür Altun daha əvvəl saxlanılaraq Türkiyəyə gətirilib və həbs edilib.

MİT-in əldə etdiyi məlumatlara əsasən, Mehmet Gören Əfqanıstan, Pakistan, Türkiyə və Avropada mülki şəxslərə qarşı intihar aktı törətməyə razılıq verib. Terrorçunun bölgədəki mövcud yeri dəqiqləşdirildikdən sonra əməliyyat həyata keçirilib və o, Türkiyəyə gətirilib.

Araşdırmalar zamanı Mehmet Görenin Türkiyədən Əfqanıstan–Pakistan bölgəsinə keçdiyi, İŞİD düşərgələrində fəaliyyət göstərərək rəhbər vəzifəyə yüksəldiyi, eləcə də Pakistanda İŞİD mövqelərinə qarşı həyata keçirilən hava zərbələrindən sağ çıxdığı müəyyən olunub.

Terrorçunun ifadəsində Türkiyədən bölgəyə terrorçu ötürülməsini təşkil edən Özgür Altunla əlaqələri, İŞİD tərkibində aldığı silahlı və dini təlimlər, həmçinin təşkilat adından intihar aktı həyata keçirmək üçün verilən tapşırıqlar barədə məlumatlar yer alıb.

MİT-in həyata keçirdiyi əməliyyat nəticəsində İŞİD-in Türkiyəyə qarşı planlaşdırdığı terror aktlarının qarşısı alınıb, təşkilatın üzv toplama fəaliyyəti ifşa edilib və terror planları zərərsizləşdirilib.

İŞİD-in intihar aktı üçün hazırladığı terrorist saxlanılıb - MİT
Məqalədə: #İŞİD #MİT #Türkiyə Milli Kəşfiyyat Təşkilatı #terror əməliyyatı #MİT İŞİD-in intihar aktı planlaşdıran üzvünü saxlayıb #İŞİD üzvü Mehmet Gören Əfqanıstan–Pakistan bölgəsində tutulub #MİT-in əməliyyatı ilə İŞİD-in Türkiyəyə qarşı planları ifşa edilib #İŞİD-in Horasan Vilayəti ilə əlaqəli şəxs Türkiyəyə gətirilib #MİT İŞİD-in Türkiyəyə qarşı planlaşdırdığı terror aktının qarşısını alıb #İŞİD üzvü Mehmet Görenin saxlanılması ilə terror planları zərərsizləşdirilib #MİT İŞİD-in intihar aktı planlayan terrorçusunu ölkəyə gətirib #Türkiyə MİT-i İŞİD üzvünü xaricdə keçirilən əməliyyatla saxlayıb

Mövzu üzrə digər xəbərlər

Qətər əmiri Türkiyə səfirini “Əl-Vəcbə” ordeni ilə təltif edib
Qətər

Qətər əmiri Türkiyə səfirini “Əl-Vəcbə” ordeni ilə təltif edib

16:53
Türkiyənin yeni hava qalxanı sınaqdan keçdi: "Pars Scout 8x8" üzərində "Burç" sistemi
Türkiyə

Türkiyənin yeni hava qalxanı sınaqdan keçdi: "Pars Scout 8x8" üzərində "Burç" sistemi

10:50
Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək
Suriya

Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək

14 Sentyabr 11:33
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
İslam və həyat: Şəriət, tarix, əxlaq

Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?

13 Sentyabr 18:00

Son Xəbərlər

Məhəmməd bin Salman Qahirəyə səfər edib
Məhəmməd bin Salman Qahirəyə səfər edib
18:02
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
17:26
Qətər əmiri Türkiyə səfirini “Əl-Vəcbə” ordeni ilə təltif edib
Qətər əmiri Türkiyə səfirini “Əl-Vəcbə” ordeni ilə təltif edib
16:53
Bakı ilə Əbu-Dabi arasında strateji dərinləşmə: imzalanan sazişlər ikitərəfli əlaqələrə necə təkan verəcək?
Bakı ilə Əbu-Dabi arasında strateji dərinləşmə: imzalanan sazişlər ikitərəfli əlaqələrə necə təkan verəcək?
16:51
“Emirates” Dubayda 11 yeni tərəfdaşlıq sazişi imzalayıb
“Emirates” Dubayda 11 yeni tərəfdaşlıq sazişi imzalayıb
16:46
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.