Klassik və sürət avtomobillərinin festivalı başa çatıb
Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Nazar Holdings”in birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkın ərazisində iyunun 6-ə və 7-də keçirilən “Classics & Supercars” festivalı başa çatıb. Festival zamanı klassik avtomobillər, idman avtomobilləri və “Supercar”lar sərgilənib. Festivalda Azərbaycan Avtomobil Federasiyasının avtomobil kolleksiyası, həmçinin tədbirə qeydiyyatdan keçmiş avtomobil sahiblərinin nəqliyyat vasitələri nümayiş olunurdu
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir
İyunun 6-da Bakıda “Classics & Supercars” festivalı başlayıb. İki gün davam edəcək festival Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Nazar Holdings”in birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkın ərazisində keçirilir. İki gün ərzində Bakı bulvarında avtomobillər klassik avtomobillər, “Supercar”lar və idman avtomobilləri nümayiş olunacaq.