Türkiyədə polis-İŞİD qarşıdurması: Yaralanan 7 polis xəstəxanaya yerləşdirilib
Türkiyənin Yalova bölgəsində terror təşkilatı İŞİD-Ə qarşı keçirilən əməliyyat zamanı təhlükəsizlik qüvvələrinə atəş açılıb. Nəticədə 7 polis əməkdaşı yaralanıb. Türkiyə Bölgə Polis İdarəsinin əməkdaşları tərəfindən mərkəzə bağlı Elmalıq kəndi yolu üzərində yerləşən bir evə əməliyyat təşkil olunub. Əməliyyat zamanı şübhəlilərin polisə atəş açması nəticəsində qarşıdurma baş verib. Bursadan xüsusi təyinatlı polis qüvvələrinin də cəlb olunduğu əməliyyat ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri altında davam etdirilir. Yaralanan polis əməkdaşları xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin qənaətbəxş olduğu bildirilib.
TUSAŞ - a hücumla bağlı xəbərlərə yayım qadağası qoyulub
Türk Aerokosmik Sənayesinin (TUSAŞ) Kahramankazan bölgəsində yerləşən müəssisəsinə qarşı baş verən terror hücumunun ardından məhkəmə tərəfindən yayım qadağası qoyulub.