7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə polis-İŞİD qarşıdurması: Yaralanan 7 polis xəstəxanaya yerləşdirilib

Türkiyənin Yalova bölgəsində terror təşkilatı İŞİD-Ə qarşı keçirilən əməliyyat zamanı təhlükəsizlik qüvvələrinə atəş açılıb. Nəticədə 7 polis əməkdaşı yaralanıb. Türkiyə Bölgə Polis İdarəsinin əməkdaşları tərəfindən mərkəzə bağlı Elmalıq kəndi yolu üzərində yerləşən bir evə əməliyyat təşkil olunub. Əməliyyat zamanı şübhəlilərin polisə atəş açması nəticəsində qarşıdurma baş verib. Bursadan xüsusi təyinatlı polis qüvvələrinin də cəlb olunduğu əməliyyat ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri altında davam etdirilir. Yaralanan polis əməkdaşları xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

29 Dekabr 2025 11:14
Türkiyədə polis-İŞİD qarşıdurması: Yaralanan 7 polis xəstəxanaya yerləşdirilib

BAKI, AzerVoice, Nailə Babazadə

Türkiyənin Yalova bölgəsində terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı təhlükəsizlik qüvvələrinə atəş açılıb. Nəticədə 7 polis əməkdaşı yaralanıb.

AzerVoice xəbər verir ki, Türkiyə Bölgə Polis İdarəsinin əməkdaşları tərəfindən mərkəzə bağlı Elmalıq kəndi yolu üzərində yerləşən bir evə əməliyyat təşkil olunub. Əməliyyat zamanı şübhəlilərin polisə atəş açması nəticəsində qarşıdurma baş verib.

Bursadan xüsusi təyinatlı polis qüvvələrinin də cəlb olunduğu əməliyyat ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri altında davam etdirilir. Yaralanan polis əməkdaşları xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

Yalova İcra Hakimiyyəti toqquşmanın baş verdiyi ərazidə yerləşən 5 məktəbdə bu gün üçün tədrisin dayandırıldığını açıqlayıb. Təhlükəsizlik məqsədilə bölgədə qaz və elektrik enerjisinin verilişi kəsilib, mülki şəxslərin və nəqliyyat vasitələrinin əraziyə girişinə icazə verilmir.

Türkiə Radyo və Televiziya Üst Qurulu (RTÜK) Yalovada baş verən hadisə ilə bağlı müvəqqəti yayıma qadağa tətbiq etdiyini elan edib. Qurumun açıqlamasında bildirilib ki, rəsmi qurumlar tərəfindən veriləcək məlumatlar istisna olmaqla, hadisə ilə bağlı yayım aparılmamalıdır. RTÜK media qurumlarını mövcud qanunvericiliyə uyğun şəkildə məsuliyyətli yayım prinsiplərinə riayət etməyə çağırıb.

Məqalədə: #İŞİD #İŞİD terror təşkilatı #RTÜK #İŞİD-in sosial media təbliğatı #İŞİD Türkiyə #İŞİD-ə qarşı mübarizə #İŞİD-lə mübarizə strategiyası #Yalovada silahlı toqquşma xəbərləri #Məktəblərdə tədris dayandırılıb

Mövzu üzrə digər xəbərlər

İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq
İraq

İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

2 Sentyabr 20:43
Yəmən İŞİD terror təşkilatının rəsmi sözçüsünün məhv edildiyini açıqlayıb
Yəmən

Yəmən İŞİD terror təşkilatının rəsmi sözçüsünün məhv edildiyini açıqlayıb

2 Sentyabr 09:48
Əhməd Əş-Şəraa Məzlum Abdini prezidentin müşaviri təyin edib
Suriya

Əhməd Əş-Şəraa Məzlum Abdini prezidentin müşaviri təyin edib

28 Avqust 07:36
Ərəb coğrafiyasında tarixin izləri - 25 avqustun 20 mühüm hadisəsi
Tarixdə bu gün

Ərəb coğrafiyasında tarixin izləri - 25 avqustun 20 mühüm hadisəsi

25 Avqust 14:53

Son Xəbərlər

Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
17:00
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
16:38
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
16:09
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
16:04
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.